Trampdan İrana qarşı hərbi siqnal: “Qərarımı son anda verəcəyəm”

Wall Street Journal-ın danışıqlardan məlumatlı mənbələrə əsaslanan xəbərinə görə, Donald Tramp ABŞ-ın İrana qarşı hücum planlarına yaşıl işıq yandırıb.
Mənbələrin bildirdiyinə görə, Tramp çərşənbə axşamı gecə saatlarında keçirilən gizli toplantıda ABŞ-ın İrana qarşı hərbi planlarını səssizcə təsdiqləyib. Lakin o, Tehranın nüvə proqramından imtina edib-etməyəcəyini gözləmək üçün hələlik son əmri verməyi ertələyib.
MÜMKÜN İLK HƏDƏF — FORDO NÜVƏ OBYEKTI
Məlumata görə, ABŞ-ın mümkün ilk hədəflərindən biri İranın yerin altında yerləşən Fordo uran zənginləşdirmə obyektidir.
Qeyd edək ki, Tramp iyunun 17-si gecəsi Ağ Evin fövqəladə vəziyyət otağında yüksək vəzifəli rəsmilərlə birlikdə İsrailin İranla qarşıdurmasından sonra bölgədəki vəziyyəti və ABŞ-ın mümkün müdaxiləsini müzakirə edib.
Dünən jurnalistlərə verdiyi açıqlamada Tramp deyib: “Yaxın Şərqdə münaqişəyə qarışmaq istəmirəm. Nə edəcəyimlə bağlı fikirlərim var, amma hələlik son qərarı verməmişəm. Hərbi vəziyyətdə hər şey dəyişə bildiyi üçün son qərarımı axırıncı saniyəyə qədər saxlamaq istəyirəm.”
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:30
Yeni sanksiyalar dalğası: kimlər hədəfdədir?
Sağlamlıq
Dünən, 19:00
Ana südünə ən yaxın süd hansıdır? - FOTO
Dünya
Dünən, 18:30
ABŞ–Tayvan görüşü niyə gizli saxlanıldı?
Cəmiyyət
Dünən, 15:30
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO