Alman politoloqdan xəbərdarlıq: Tramp Ukraynanı Avropanın "boynuna qoyur"
Almaniyalı politoloq və jurnalist Patrik Baab, “Deep Dive” YouTube kanalında çıxışı zamanı bildirib ki, ABŞ-ın prezidenti Donald Tramp, Ukrayna-Rusiya müharibəsində birbaşa iştirak etməmək üçün Avropa İttifaqını vasitəçi etməyə çalışır. Onun əsas məqsədi – bu münaqişəni “avropalaşdırmaqdır”.
Baabın sözlərinə görə, Tramp ABŞ-ı münaqişədən çəkib, silah tədarükü və maliyyə yükünü Avropa ölkələrinin üzərinə yükləmək istəyir.
Bu səbəbdən də NATO-nun yeni baş katibi Mark Rutte Trampın bütün təkliflərinə təslim olur, Böyük Britaniyanın baş naziri Kir Starmer isə artıq raket alışlarını Britaniya vergi ödəyicilərinin pulu ilə həyata keçirməyə hazırdır.
“Avropa elitası heç nədən dərs çıxarmır. Onlar buna imkan da verə bilməz. Əvəzində, Aİ liderləri ölkələrini militarizasiya edir və Rusiya ilə müharibəyə hazırlaşırlar”, – deyə Patrik Baab xəbərdarlıq edib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:30
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?