BDU - “AZLİNQ 2025” Beynəlxalq Elmi Konfransın
BDU-nun rektoru və dilçi alimləri “AZLİNQ 2025” Beynəlxalq Elmi Konfransında iştirak ediblər
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Filologiya fakültəsinin dilçi alim və tələbələri Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilən “AZLİNQ 2025: Azərbaycan dili və müasir dilçilik – problemlər, perspektivlər və çağırışlar” adlı Beynəlxalq elmi konfransda iştirak ediblər.

Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutan, “Konstitusiya və Suverenlik İli”nə həsr olunan bu tədbir müasir dilçilik elminin inkişafı fonunda Azərbaycan dilinin qorunması və inkişafı məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ulusum.az xəbər verir ki, konfransın açılış mərasimində Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Gülbağda Leysanova, BDU rektoru Elçin Babayev, AMEA-nın Əməkdar elm xadimi Qəzənfər Paşayev, Xəzər Universitetinin rektoru Raziyə İsayeva və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə çıxış edərək, qloballaşma dövründə milli dilin qorunmasının strateji əhəmiyyətini vurğulayıblar.

Ulusum.az / Qəşəm Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
