Bu gün, 17:00 0 Cəmiyyət / Gündəm

Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?

Aslan ürəkli  - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Kraliça I Elizabet İngiltərə tarixində heç vaxt evlənməyən yeganə kraliça kimi qalır

1558-ci ildə 25 yaşında taxta çıxan Elizabet, ölkəni dərin dini, siyasi və maliyyə böhranlarından çıxarmaq məsuliyyətini üzərinə götürdü.

Hakimiyyətinin ilk illərindən etibarən parlament və müşavirləri onu dəfələrlə evlənməyə çağırır, evliliyi ölkənin sabitliyi və davamlılığı üçün vacib sayırdılar.
Lakin Elizabet evlilik və ana olmaqdan imtina edərək fərqli bir yol seçdi.



Aslan ürəkli  - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
I Elizabet və ingilis zadəgan Robert Dadli yaxın idilər


Kraliçanın bu qərarının arxasında şəxsi, siyasi və psixoloji səbəblər dayanırdı. Uşaqlıqda şahidi olduğu ailə faciələri, anası Anna Boleynin edamı kraliçaların doğuş zamanı vəfat etməsi — onun ailə və analıq anlayışına qorxu və ehtiyatla yanaşmasına səbəb olmuşdu.
Tudor dövründə doğuş yüksək riskli hesab edilirdi və bu da Elizabetin ehtiyatlı qərarlarında rol oynayırdı.
Elizabeth yüksək təhsilli, intellektli və müstəqil şəxsiyyət idi; “mənim burada bir məşuqəm olacaq, ağası yox” ifadəsi onun muxtariyyətə verdiyi dəyəri göstərir.


1998-ci ildə çəkilmiş Elizabeth filmində cütlük arasındakı əlaqə araşdırıldı


O, güclü qadın nümunəsi kimi ögey anası Ketrin Parrdan təsirlənmiş, qadınların kişi nəzarəti olmadan da uğurla hökm sürə biləcəyinə inanmışdı. Evlilik təklifləri və təzyiqlərə baxmayaraq, Elizabet öz hökmranlığını heç kimlə bölüşmək istəməmişdi.



1575-ci ildə Kraliçanın sevimlisi Robert Dadli onunla evlənmək ümidi ilə Kenilvort qalasında möhtəşəm bir qarşılanma və təmtəraqlı şənliklər təşkil etdi.

Lakin səfərin əsas hissəsi sayılan maska tamaşası baş tutmadı.

Bəzi tarixçilər bunu pis hava şəraiti ilə əlaqələndirsə də, digərləri bunun Elizabetin evlilik təklifindən narazılığı səbəbilə dayandırıldığını düşünür.




Bu səfənin 450 illiyi münasibətilə rəssam Lindsey Mendick "Wicked Game" adlı heykəltəraşlıq instalyasiyası yaradaraq Elizabetin güclü və müstəqil qadın obrazını mifoloji simvollarla canlandırıb.



Mendick, Elizabetin siyasi manevrlərini şahmat oyununa bənzədir və onun həyatını qadın gücünün və strategiyasının parlaq nümunəsi kimi təqdim edir.

Instalyasiyada Elizabet şir, Dadli isə ayı kimi təsvir olunur – bu da onların münasibətindəki güc balansını əks etdirir.




Henrix VIII- in qızı I Elizabet heç vaxt evlənməmiş yeganə ingilis kraliçasıdır. O, 1558-ci ildə 25 yaşında hakimiyyətə gəldi, dini, siyasi və maliyyə problemlərini özündən əvvəlki iki sələfindən, ögəy qardaşı VI Edvarddan (1537-1553) və ögəy bacısı I Meridən (1516-1558) miras aldı.


Ögəy anası-Katerin Parr

Hökmdarlığının əvvəlindən I Yelizaveta Bakirə Kraliça kimi imicini inkişaf etdirdi

Kraliça I Elizabetin evlənməməsi, o dövrün sərt qaydalarına meydan oxuyan, qadın liderliyinə dair stereotipləri sarsıdan və müasir feminizm anlayışına erkən işıq tutan cəsarətli bir qərar kimi tarixə düşdü. Bu yalnız şəxsi deyil, həm də siyasi bir seçim idi – öz gücünü və iradəsini qorumağın şüurlu, strateji yolu.




Ulusum.az / R.İkramlı

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.