“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
“Boş Yer” filmi Azərbaycanda bir ilkə imza ataraq tam şəkildə tələbələrdən ibarət yaradıcı heyətlə ərsəyə gətirilmiş bədii film olub

Layihənin ideya rəhbəri və rejissoru, Bakı Dövlət Peşəkar Təhsil Mərkəzində media və audio-vizual texnologiyalar üzrə fənn müəllimi olaraq çıxış edən şəxs bildirib ki, filmin operator, prodüser, işıqçı, qrim və rejissor assistenti kimi əsas texniki funksiyaları tələbələrin özləri yerinə yetirib.

Film sıfır büdcə ilə çəkilib və baş rolda valideynlərini itirmiş Azərin hekayəsi üzərindən ailə qayğısından məhrum gənclərin qarşılaşdığı psixoloji və sosial çətinliklər, sevgisizlik və diqqətsizlik kimi problemlər təsvir olunur.

Digər əsas obraz – Mahir isə övladına laqeyd yanaşan bir valideyn kimi təqdim edilir. Bu iki obrazın paralel təqdimatı ilə film cəmiyyətə mühüm mesaj verir:

"Hər kəsin içində bir boş yer var və bu boşluqları sevgi, dəstək və diqqətlə doldurmaq cəmiyyətin borcudur."

Belə bir həqiqət var ki, bu gənclərin həyatında bir boşluq mövcuddur.

Biz bu boşluğu göstərməyə çalışdıq ki, cəmiyyətimizdə hər birimizin ətrafında belə insanlara rast gəlmək mümkündür və bu boşluqları doldurmaq üçün onlara yardım etmək, dəstək olmaq vacibdir.

Onlardan uzaqlaşmaq yox, əksinə, sahib çıxmaq, onları yanımızda saxlamaq lazımdır.
"Hər kəsin içində bir boşluq var… Bəzən bu boşluq itkilərdən, bəzən diqqətsizlikdən, bəzən də sevgisizlikdən yaranır.

“Boşyer” filmi bu boşluqları göstərərək cəmiyyətə mühüm bir mesaj verir: Bu boşluqları yalnız anlayış, dəstək və mərhəmətlə doldurmaq mümkündür.

Çünki hər kəsin içində bir boş yer var... və bəzən bir insanın həyatı, sadəcə bir əl uzatmaqla dəyişə bilər.

Ulusum.az / K.Hətəmova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
