Bu gün, 22:12 0 Cəmiyyət / Gündəm

Qarabağda 4 şəhərin baş planı təsdiq olunacaq - Komitə sədri

Qarabağda 4 şəhərin baş planı təsdiq olunacaq - Komitə sədri
"Biz “Böyük Qayıdış” zamanı şəhərləri sıfırdan inşa etmişik. Hazırda 12 şəhərin planlaşdırılması aparılır, 8 şəhərin baş planı artıq təsdiq olunub, 4 şəhər üzrə işlər isə yekunlaşmaq üzrədir".

Ulusum.az APA-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev deyib.

O bildirib ki, “Böyük Qayıdış” çərçivəsində yüzlərlə kənd planlaşdırılır və uğurla həyata keçirilir: "Hər bir yaşayış məntəqəsi tam şəkildə 20 illik dövrü əhatə edən plan əsasında hazırlanıb və bu istiqamətdə işlər aparılır. Bu isə əsas prinsipimizdir”, - o vurğulayıb.

Ulusum.az / R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.