Qan xərçəngi sağalana bilən xəstəlikdir — həkim-onkoloqdan AÇIQLAMA
Qan xərçəngi hər nə qədər ağır və ciddi xəstəlik kimi tanınsa da, müasir müalicə üsulları ilə nəzarət altına almaq və sağalmaq mümkündür
Bu barədə ulusum.az-a danışan onkoloq İbrahim bəy Əsədli bildirib ki, düzgün yanaşma və səbəbin aradan qaldırılması residiv (təkrar) riskini minimuma endirə bilər
Həkimin sözlərinə görə, qan xərçəngində əsas müalicə metodu kimyaterapiyadır
Lakin orqanizmin biokimyəvi tarazlığının bərpası və bədənin daxili mühitinin normallaşdırılması da sağalma prosesində mühüm rol oynayır.
O, həmçinin qeyd edib ki, bəzi hallarda sümük iliyi transplantasiyası zəruri olur, çünki qan xərçəngi birbaşa sümük iliyində formalaşır və transplantasiya yeni, sağlam hüceyrələrin yaranmasını təmin edir
Əsədli onu da vurğulayıb ki, klassik tibbi yanaşma ilə yanaşı, səbəbə yönəlik müalicə, yəni orqanizmdəki problemlərin kökündən həlli daha uzunmüddətli və dayanıqlı nəticə verir.
Ulusum.az / R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
