Bu gün, 17:05 0 Ulusum Tv

Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO

Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir -  VİDEO
Bütün dünyada Qərbin qapısı kimi tanınan Qazax təkcə coğrafi mövqeyi ilə deyil, həm də sazın-sözün qüdrəti ilə tanınıb, sevilib

Tarixi şəxsiyyətləri, xalq şairləri, yazıçıları, aşıq və ozan sənətinin böyük nümayəndələri ilə bu diyar təkcə Azərbaycana deyil, bütün türk dünyasına səsini çatdırıb



Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir -  VİDEO

Qazaxda sözə verilən dəyər, sənətə, saza olan hörmət həmişə yüksək olub. Elə buna görə də bu torpaq “söz mülkünün beşiyi” adlandırılıb.

Məhz belə zəngin ədəbi-mədəni irsə sahib bir bölgənin ziyalısı kimi Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal da bu missiyanı daim yaşadıb, bu torpağın sözə, sənətə verdiyi qiyməti daim ucalarda saxlayıb.



Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal "Ulusum.az" saytına verdiyi müsahibəsində Qazaxda ədəbiyyat muzeyinin yaradılması ilə bağlı maraqlı və tarixi əhəmiyyət daşıyan məqamlara toxunub.

Barat Vüsal bildirib ki, 2012-ci ildə Ağstafada Prezident İlham Əliyevin bölgənin ziyalıları ilə keçirdiyi görüş zamanı, Qazaxın Azərbaycanın poeziya və maarifçilik tarixində oynadığı rolu xüsusi vurğulayıb.



O, Qazaxın Səməd Vurğun, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məmməd Araz, Abbas Səhhət kimi nəhəng söz adamlarını yetişdirdiyini xatırladaraq, bu bölgədə ədəbiyyat muzeyinin yaradılmasının zəruriliyini cənab Prezidentin diqqətinə çatdırıb.

Barat müəllimin bu təşəbbüsü cənab Prezident İlham Əliyev tərəfindən dərhal müsbət qarşılanıb və çox keçmədən Qazaxda bölgələr üzrə ilk ədəbiyyat muzeyinin yaradılması ilə bağlı sərəncam imzalanıb.



Barat Vüsal müsahibəsində deyib:
“Bu, təkcə mənim deyil, bütün Qazax xalqının, ədəbiyyatsevərlərin uğuru idi. Çünki bu torpaq sözə dəyər verib, söz adamlarını ucaldıb. Muzey həmin dəyərin rəsmi və mədəni təcəssümüdür.”


Bu müsahibə bir daha sübut edir ki, yalnız Qazaxın deyil, ümumilikdə bölgələr üzrə ədəbi kimliyin qorunması, söz adamlarının irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər sistemli şəkildə davam edir.

Bu yolda ziyalıların təşəbbüsü, mədəni irsə hörmət və dövlətin göstərdiyi dəstək mühüm rol oynayır.




2012-ci ildə Ağstafada keçirilən görüşdə Prezident İlham Əliyev bölgənin ziyalıları ilə bir araya gəlir.

Görüşdə Qazaxın mədəni həyatı, ədəbiyyat və incəsənət sahəsindəki nailiyyətləri, qarşıdakı hədəflər müzakirə olunur.




Həmin görüşdə Barat müəllim söz alaraq, Qazaxın şairlər və maarifçilər vətəni olduğunu vurğulayır və burada bölgələr üzrə ilk ədəbiyyat muzeyinin yaradılması təşəbbüsü ilə çıxış edir.

Bu təklif cənab Prezident tərəfindən böyük diqqət və yüksək dəyərlə qarşılanır. Az keçmir ki, Qazaxda ədəbiyyat muzeyinin yaradılması ilə bağlı müvafiq sərəncam imzalanır.




Beləliklə, Qazax — Azərbaycanın ədəbi xəzinəsinə saysız dəyərli adlar bəxş etmiş bu torpaq — bölgələr üzrə ilk ədəbiyyat muzeyinə sahib olur.

Bu muzey təkcə eksponatların toplusu deyil, həm də Qazaxın söz tarixini, poeziya ənənələrini yaşadan canlı bir yaddaşdır.




Qazaxın zəngin ədəbi irsi, buradan çıxan böyük söz adamlarının xatirəsi bu gün həmin muzeyin divarları arasında yaşayır, gələcək nəsillərə ötürülür.



Ulusum.az / Ulusum TV / K.Hətəmova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.