"Az sayda şagird üçün 11 illik məktəb saxlamaq səmərəsizdir" - AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, şagird sayı çox az olan bəzi kənd məktəblərinin fəaliyyəti dayandırılacaq. Həmin məktəblərdə çalışan müəllimlər və təhsil alan şagirdlər isə onlara daha yaxın ərazidə yerləşən digər məktəblərə yönləndiriləcək
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, şagird sayı çox az olan bəzi kənd məktəbləri bağlanacaq və şagirdlər yaxınlıqdakı daha böyük məktəblərə yönləndiriləcək.
Təhsil eksperti Elçin Süleymanov ulusum.az-a açıqlamasında bildirib ki, bu proses yeni deyil və məqsəd dövlət vəsaitlərinin səmərəli istifadəsi, eləcə də şagirdlər üçün daha real məktəb mühitinin yaradılmasıdır.
Onun sözlərinə görə, üç-beş şagirdi olan məktəbi ayrıca saxlamaq həm çətin, həm də səmərəsizdir. Daha mərkəzi və yaxşı infrastrukturlu məktəb əsas məktəb seçilir, digər kəndlərin şagirdləri isə ora nəqliyyatla daşınır.
Ekspert əlavə edib ki, bu model həm maliyyəyə qənaət edir, həm də böyük məktəblərdə nizam-intizam və sosiallaşma daha güclü olur. Azsaylı siniflərdə müxtəlif yaşların birləşdirilməsi təhsilin keyfiyyətini aşağı saldığı üçün kompleksləşdirmə müsbət addım sayılır.
Süleymanovun vurğuladığı əsas şərt isə şagirdlərin rahat daşınması, nəqliyyatın təmin edilməsi və valideyn yükünün azaldılmasıdır.
Daşımanın təşkili, nəqliyyat vasitələrinin ayrılması və valideynlərin üzərinə düşən yükün azaldılması təmin edilməlidir".
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib
Erzurumda Asayiş Tədbirləri Gücləndirildi: Polis Rəhbərliyi Gecə-Gündüz Sahədə
Söz yox, niyyət və düşüncə təsir edir
Ege İSPİRDER İzmirdə Rəsmi Açılışını Etdi
Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO
Ağstafa RİH başçısı Seymur Orucov tanınmış şair Qurban Həmid oğlu ilə görüşüb
