"İnsanlar maddi vəziyyətlərini yaxşılaşdırmaq istəyirlərsə, qoyun, quzu, mal-qara, quş saxlamalıdırlar" - Komitə sədri
2025-ci il oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 438.8 min baş, xirdabuynuzlu heyvanların sayı isə 6 milyon 763.7 min baş təşkil edib.
2024-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 2% və ya 50.5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 3.5% və ya 242 min baş azalıb.
Bəs bu azalmaya səbəb nədir?
Mövzu ilə bağlı ulusum.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin sözlərinə görə, iri və xırdabuynuzlu mal-qaranın sayının keçən illə müqayisədə azalması heç də təəccüb doğurmamalıdır:
"Çünki biz yeni texnologiyalar əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasında maraqlıyıq. Daha ətli-südlük heyvanların yetişdirilməsi zəruridir. Ona görə də məhsuldar olmayan heyvanların azalması təbii qarşılanmalıdır.
Ancaq bu azalmanın əsas səbəbini mən vətəndaşların fərdi təsərrüfatlarda mal-qara saxlamağa marağının azalması ilə əlaqələndirə bilərəm. Çünki əgər kəndlərimizdə əvvəllər hər bir fərdi təsərrüfatda, həyətdə insanlar inək, camış, qoyun, keçi saxlayırdılarsa, təəssüflər olsun ki, indi bunu biz görmürük. Nədənsə maraq azalıb, insanlar əziyyət çəkmək istəmirlər".
O vurğuladı ki, mal-qara saxlamağın əziyyətləri var:
"Yemlənməsi, suvarılması, onların bəslənməsi qayğı, diqqət tələb edir. Bir çox hallarda kənd sakinləri buna getmək istəmirlər. Ona görə də fərdi təsərrüfatlarda mal-qaranın sayı azalıb və bu da ümumi nəticələrə öz təsirini göstərir.
Ancaq bunun əvəzində yenə qeyd edirəm, ətlik və südlük heyvanların saxlanılması bir zərurətə çevrilib və bu da düzgün yoldur.
Çünki bir var bir inək dörd litr süd versin, bir də var ki, 40 litr süd versin. Eləcə də bu, xırdabuynuzlu mal-qaraya aiddir. Ancaq insanlar özlərinin maddi vəziyyətlərini yaxşılaşdırmaq istəyirlərsə, - xüsusilə bu kənd yerlərində saxlayan vətəndaşlara aiddir, - onlar mütləq özlərinin şəxsi təsərrüfatlarını inkişaf etdirməlidirlər.
Həyətlərində qoyun, quzu, mal-qara, quş saxlamalıdırlar və bundan faydalanmalıdırlar. Bəzən bunu örüş sahələrinin olmaması ilə əlaqələndirirlər".
Komitə sədrinin fikrincə, örüş sahələrinə buraxılan heyvanlardan yüksək nəticə gözləmək doğru deyil:
"Mütləq heyvanlar insanların qayğısı ilə, diqqəti ilə bəslənilməlidir. Onlar vaxtında yemlənməlidir, suvarılmalıdır, onların xəstəliyi müəyyən edilməlidir.
Örüş sahələri isə buna heç cür imkan vermir. Ona görə də bu bəhanələrin gətirilməsi, elə bilirəm ki, yersizdir. Əksər xarici ölkələrdə heyvanlar qapalı şəraitində bəslənilir və çox əlverişli otlaq sahələrində yetişdirilir.
Örüş sahələri, ata-baba sözü ilə desək, heyvanlardan can qurtarmaq, qulaq dincliyi üçündür. Ona görə də mütləq mal-qara lazım olan yerlərdə bəslənilməli və onlardan istənilən məhsul əldə edilməlidir".
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:30
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
