Bu gün, 12:00 0 Cəmiyyət / Gündəm

Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi

Aysel Xanlarqızı  –   “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
“Maestro” şeiri ilə oxucuya musiqinin diliylə danışmağı bacaran Aysel Xanlarqızı sevgini, qəlbin dərinliklərində iz buraxan duyğuları, zamanla solmuş hissləri və yaddaşın səssiz qatlarında gizlənmiş xatirələri bir not kimi təqdim edir

Burada hər duyğu bir musiqi xətti kimi canlanır, sanki “do” ilə doğulur, “si”də isə həsrətli bir ahla tamamlanır. Hər sətir musiqiyə çevrilən hisslər toplusudur — keçmişin səsi, bu günün susqunluğudur.

Aysel xanım, siz təkcə qələm tutan bir şair deyilsiz. Siz hisslərin dilini anlayan, sözün qəlbdə necə iz buraxacağını duyan və içində daşıdığınız işığı başqalarının ruhuna səssizcə çatdırmağı bacaran nadir qəlblərdən birisiz.

Bəlkə atanızı erkən yaşda itirmisiniz, amma o böyük ruh, o səssiz güc sizin içinizdə bir ömür yaşayır, sizi qoruyur, yolunuzu işıqlandırır. Hər misranızda onun səsi, baxışları və tükənməz sevgisi pıçıldayır.

Sizin qələminiz yaddaşın dərin bir sandığını xatırladır — oradan çıxan hər söz bizi uşaqlığa, dənizlə yarışan arzulara, atanın güvən dolu baxışlarına, ananın ilıq təbəssümünə aparır.

“Maestro” bu baxımdan sadəcə bir şeir deyil — keçmişlə bu gün arasında körpü salan, oxucunu sükut içində sarsıdan və sarsıtdıqca şəfa verən poeziya musiqisidir.

Siz sözlərinizlə oxucunun ruhuna yol tapan, səsinizi içimizə hopduran nadir sənətkarsınız.

Yazdıqlarınız bir “əlvida” deyil – bu, ruhun yenidən danışmağa başladığı oyanış, unudulmuş duyğuların dil açmasıdır


Və siz — bütün bu duyğuları zərifliklə, dərinliklə, həssaslıqla ifadə edə bilən bir Azərbaycan şairisiniz.

Bu torpağın qəlbi ilə yazan, onun acısını, göz yaşını, ümidini poeziyaya çevirən əvəzolunmaz bir ruhsunuz.

Her gün bir tel qopur

ruhumun

sevgi simlərindən…

Yavaş-yavaş

Xaric səslənirik

Oxuduğumuz eşq nəğməsində.

Do notu

barmaqlarım arasında susqun,

Re- ni üzgün görürəm.

Bir həsrət çaları var

Mi səsində…

Fa- notu yolun ortasında

peşman və üzgün,

Sol səsi

Sol açarından küskün,

Lya- oktavada

ayrılığa gedən yolun sonu,

Si- bu sevgidəki ən yanıqlı

nöqtə,

Peşmanlıq

Və yalnış həyatımdakı

Son beyt,

Məqtə…

Budur,

bizim musiqimiz səslənir,

Bir günahsız sevgi

ömrün son akkordlarında

bəstələnir,

Gözlərimdəki kədərdə

Dəfn olur…

Maestro,

Götür bu şeiri

İfa et, əlvida əvəzi

Mavi gözlü göy üzünə,

bulud əlçimlərində…

Ulusum.az / R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.