Jerar Depardye cinsi təcavüzdə təqsirli bilindi: Paris məhkəməsindən şərti cəza

Fransanın dünya şöhrətli aktyoru Jerar Depardye haqqında açılmış ilk rəsmi cinayət işində məhkəmə qərarı verilib. Mayın 13-də Paris məhkəməsi 76 yaşlı sənətçini 2021-ci ildə iki qadına qarşı etik olmayan fiziki davranışda təqsirli bilib və ona 18 ay şərti həbs cəzası kəsib.
İttihama görə, Depardye "Les Volets Verts" adlı filmin çəkilişləri zamanı 54 yaşlı səhnə quruluşçusu və 34 yaşlı köməkçisinə qeyri-münasib şəkildə toxunub. Aktyor isə bu iddiaları qəti şəkildə rədd edir.
"Le Figaro" qəzetinin yazdığına görə, ittiham tərəfi Depardyenin yalnız cəzalandırılmasını deyil, həm də psixoloji dəstək almasını, qurbanlara təzminat ödəməsini və onun adının Fransanın seksual cinayətlər reyestrinə daxil edilməsini tələb edib.
Jerar Depardye indiyədək 20-dən çox qadının oxşar şikayətləri ilə gündəmə gəlib. Lakin bu, onun məhkəməyə çıxarıldığı ilk işdir. Aktyor həmçinin fransız aktrisa Şarlotta Arnuya qarşı təcavüzdə də ittiham olunur.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 18:30
Pistoriusdan Ursula fon der Lyayenə “siyasi şillə”
Cəmiyyət
Dünən, 18:18
ETX-yə yeni mətbuat katibi təyin olundu
Populyar Xəbərlər
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“Zəngin ata” müəllifindən uğur formulu: idarə et, öyrən, risk et
Qatı, ətirli və acılı badımcan İKRASI
Rusiyanın yeni hücumu Ukraynanı yasa boğdu
ABŞ Rusiyanı Ukrayna ilə sülh danışıqlarına çağırdı
Partlayış səsləri eşidiləcək - Nazirlik XƏBƏRDARLIQ etdi