Azərbaycan və Belarus müdafiə nazirləri görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarus Respublikasına rəsmi səfəri davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində yerləşən Qələbə meydanındakı Qələbə abidəsini ziyarət edib və abidə önünə əklil qoyub. Belarus Respublikasının Müdafiə Nazirliyində Azərbaycan Respublikasının müdafiə nazirinin rəsmi qarşılanma mərasimi təşkil olunub. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
General-polkovnik Z.Həsənov ilə Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib. Görüşdə regional təhlükəsizlik məsələləri, hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.
Səfər proqramına uyğun olaraq, Azərbaycan nümayəndə heyəti, həmçinin Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Baş Qərargah Fakültəsini ziyarət edib. Burada hərbi təhsil sistemi, kadrların hazırlanması, struktur və vəzifələr barədə brifinq təqdim olunub. Rəsmi səfər zamanı Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komanda Məntəqəsində (MKM) olan Azərbaycan müdafiə nazirinə MKM-in əsas fəaliyyət istiqaməti ilə bağlı ətraflı məlumat verilib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:30
Yeni sanksiyalar dalğası: kimlər hədəfdədir?
Sağlamlıq
Dünən, 19:00
Ana südünə ən yaxın süd hansıdır? - FOTO
Dünya
Dünən, 18:30
ABŞ–Tayvan görüşü niyə gizli saxlanıldı?
Cəmiyyət
Dünən, 15:30
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO