Kosmetika imperatoru dünyadan köçdü – Leonard Lauder 92 yaşında idi

Estée Lauder Şirkətlər Qrupunun böyüməsinə rəhbərlik edən amerikalı iş adamı Leonard Lauder, 92 yaşında dünyasını dəyişib.
1933-cü ildə doğulan Lauder, anası Estée və atası Joseph Lauderin kiçik miqyaslı kosmetika biznesini qlobal bir nəhəngə çevirib. 1958-ci ildə şirkətin rəhbərliyini öz üzərinə götürən Lauder, 17 il ərzində CEO vəzifəsində çalışıb.
O zaman illik satışları 1 milyon dollardan az olan bu ailə şirkəti bu gün 150 ölkədə fəaliyyət göstərir və illik 15,6 milyard dollarlıq satış həcminə malikdir. Clinique, MAC və Bobbi Brown kimi məşhur markaların alınmasına öncülük edən Lauder, həmçinin şirkətin Ar-Ge laboratoriyasını quraraq innovasiyaları stimullaşdırıb.
1995-ci ildə Estée Lauder şirkətini birja siyahısına daxil edib və səhm qiymətləri ilk ticarət günündə 33% artım göstərib.
Leonard Lauder yalnız iş dünyasında deyil, incəsənət və sağlamlıq sahəsində də fəal olub. 2013-cü ildə kubist sənət kolleksiyasını Nyu-Yorkdakı Metropolitan Muzeyinə bağışlayıb. Həmçinin Süd Vəzi Xərçəngi Araşdırma Fondunun fəxri prezidenti kimi xərçəng tədqiqatlarını dəstəkləyib.
Estée Lauder-in hazırkı CEO-su Stephane de La Faverie onun haqqında belə deyib:
“Onun enerjisi və vizyonu şirkətimizi formalaşdırdı və formalaşdırmaqda davam edəcək.”
Steve Forbes isə onunla bağlı bunları söyləyib:
“O, həm iş, həm də xeyriyyəçilik sahəsində ilham mənbəyi idi.”
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:30
Yeni sanksiyalar dalğası: kimlər hədəfdədir?
Sağlamlıq
Dünən, 19:00
Ana südünə ən yaxın süd hansıdır? - FOTO
Dünya
Dünən, 18:30
ABŞ–Tayvan görüşü niyə gizli saxlanıldı?
Cəmiyyət
Dünən, 15:30
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO