Bu gün, 12:45 0 Kriminal

Qubada İki Nəfər Tutuldu – Üzərlərindən Narkotik Çıxdı

Qubada İki Nəfər Tutuldu – Üzərlərindən Narkotik Çıxdı
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə Bakı şəhər sakini Zaur Baxşiyev və Salyan rayon sakini Yadulla Səmədov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan külli miqdarda psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin, ümumilikdə 117 ədəd metadon, preqabalin və tramadol həbləri aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: