6-05-2025, 10:23 0 Kriminal

DİN KRİMİNAL XRONİKA

DİN     KRİMİNAL XRONİKA
Sumqayıtda səsboğuculara qəsdən müdaxilə edən moped və motosiklet sürücüləri saxlanılıblar
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Növbəti tədbir zamanı yüksək səslə küçə və prospektlərdə hərəkət edərək şəhər sakinlərinin haqlı narazılığına səbəb olan motosiklet və moped sürücüləri saxlanılıblar. Texniki müayinə zamanı həmin nəqliyyat vasitələrinin bir çoxunun səsboğucularına sürücüləri tərəfindən qəsdən müdaxilə edildiyi aşkarlanıb. Yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan həmin şəxslər barəsində inzibati tədbirlər görülüb. Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Sumqayıt şəhərində insanların istirahətini bilərəkdən pozan, neqativ hərəkətlərə yol verən bu tipli moped və motoskilet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
Mayın 5-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Ümumi çəkisi 8,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 5-də ümumi çəkisi 8,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Mayın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 2 patron darağı və 21 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Polis mağazadan saxta əskinasla alış-veriş edən şəxsi saxladı
Sumqayıt şəhəri ərazisində yerləşən marketlərin birindən naməlum şəxsin alış-veriş edən zaman kassaya 100 manat saxta pul əskinası verməsi barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən A.Həsənov müəyyən olunaraq saxlanılıb. Araşdırmalar aparılır.

Bakıda və Sumqayıtda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabunçu, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən 3 avtomat silahı, 2 patron darağı və 21 ədəd patron tapılaraq götürülüb.Araşdırmalar aparılır.

Polisin əməliyyatı zamanı 7 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı A.Əsgərov saxlanılıb. Onun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı 7 kiloqram marixuana və metamfetamin aşkar olunaraq götürülüb.Polisin daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhərində keçirdiyi növbəti tədbir zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı R.Məmmədxanlı saxlanılıb. Ondan 8 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı marixuana, heroin, metamfetamin və psixotrop tərkibli metadon həbləri də aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.

Nəsimi rayonunda vətəndaşları aldadıb mobil telefonlarını alan 2 şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində bir nəfər paytaxt sakininə yaxınlaşaraq onun mobil telefonunu danışmaq üçün istəyib. Daha sonra isə sahibinin başının qarışdığını görüb ona məxsus mobil telefonunu ələ keçirərək oradan uzaqlaşıb.Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətmiş 25 yaşlı M.Qasımov və 33 yaşlı T.Ağazadə saxlanılıblar.Araşdırmalarla məlum olub ki, onlar eyni yolla rayon ərazisində daha bir şəxsin 4000 manat dəyərində mobil telefonunu alıblar.Sumqayıt şəhərində isə dələduzluq yolu ilə bir nəfərin 350 manatını ələ keçirmiş 32 yaşlı İ.Rəcəbzadə saxlanılıb.Araşdırmalar aparılır.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: