Bu gün, 09:00 0 Kriminal

DİN: KRİMİNAL XRONİKA

DİN: KRİMİNAL XRONİKA
Qaradağ polisindən əməliyyatlar: narkotik satıcısı saxlanılıb, odlu silahlar təhvil götürülüb.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həbiyev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 27 bükümdə satış üçün qablaşdırılan külli miqdarda tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
O, ifadəsində maddi qazanc əldə etmək üçün narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.Qaradağ rayonunda odlu silah-sursatla bağlı aparılan profilaktik tədbirlər də müsbət nəticə verməkdədir. Belə ki, vətəndaşlar tərəfindən son 2 gündə 8 ədəd avtomat silahı və tapança könüllü olaraq polisə təhvil verilib.Qaradağ rayonunda qeyd edilən istiqamətdə tədbirlər davam etdirilir.


Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
Aprelin 30-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Binəqədi və Nəsimi rayonlarında oğurluq edən şəxslər saxlanılıblar
Aprelin 29-da Binəqədi rayonu ərazisində yerləşən kafelərin birindən oğurluq edilib və nəticədə zərərçəkənə 1192 manat maddi zərər vurulub.Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 43 yaşlı A.Məmmədov saxlanılıb.Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı evdən 650 manat dəyərində qızıl zinət-əşyasını oğurlamaqda şübhəli bilinən 35 yaşlı A.Əhmədov saxlanılıb.Bundan başqa, Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 450 manat dəyərində kombi aparatını oğurlayan 34 yaşlı S.Abbaslı da saxlanılıb.Araşdırmalar aparılır.


Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxt sakini olan iki nəfər 2 avtomat silahı, 2 patron darağı və 18 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər.Xətai rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 tüfəng və 9 ədəd patron tapılaraq götürülüb.Araşdırmalar aparılır.


Binəqədi rayonunda zərərçəkənə əmlak sənədi düzəltmək vədi verərək dələduzluq edən şəxs saxlanılıb
Binəqədi rayonu ərazisində dələduzluq hadisəsi qeydə alınıb. Belə ki, əmlakın sənədləşdirilməsi vədi ilə bir nəfəri aldadıb 30 min manat ələ keçirən 65 yaşlı Ə.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.Nərimanov rayonunda da bir nəfərə dələduzluq yolu ilə 1065 manat maddi zərər vurmuş 27 yaşlı E.Bəşirov saxlanılıb.Araşdırmalar aparılır.


İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.


Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Aprelin 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 tüfəng, 2 patron darağı, 79 partlayıcı və 367 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


Avtomobilində 8 kq narkotik vasitə daşıyan şəxslər saxlanılıb
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı B.Ağayev və 30 yaşlı A.Əliyev saxlanılıb. Paytaxtın Binəqədi rayonunda içərisində sərnişin də olan “Toyota” markalı avtomobilə baxış zamanı 8 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Araşdırma aparılır.


Paytaxtda oğurluq edənlər saxlanılıb
Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar pul oğurlanması barədə ərazi üzrə polis orqanına məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı R.Bağıyev müəyyən olunaraq saxlanılıb. Səbail rayonunda bir nəfərin bank kartını və 300 manatını talamaqda şübhəli bilinən qadın polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.


Binəqədi rayonunda silah-sursat aşkarlanıb
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşçlarının keçirdikləri tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində 1 avtomat silahı və 5 ədəd patron tapılıb. Araşdırma aparılır.


✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: