26-03-2025, 18:00 5 İqtisadiyyat

Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq

Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq
Türkiyə ilə Azərbaycanı birləşdirəcək Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi artıq icra mərhələsinə keçib. Layihə çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə inteqrasiya olunması planlaşdırılır və bu, Avropa ilə Asiya arasında ticarət əlaqələrini genişləndirəcək.

Marşrut həmçinin beynəlxalq yük daşımalarında yeni perspektivlər yaradacaq və mövcud BTQ xəttinə alternativ olaraq 18 gündən 12 günə qədər sərnişin daşımalarının müddətini azaldacaq. Dəmir yolunun uzunluğu təxminən 224 km olacaq və 5 il ərzində tamamlanması planlaşdırılır.

Layihə elektrikləşdirilmiş və siqnallaşdırılmış ikizolaqlı dəmir yolu xəttini əhatə edir. Tikinti zamanı 3 viyadük, 5 tunel, 10 körpü, 480 menfez, 145 alt keçid və 19 açılıb-bağlanan keçid inşa olunacaq.

Bu layihə Zəngəzur dəhlizinin bir hissəsi olaraq, yalnız Türkiyə ilə Azərbaycanı deyil, qlobal nəqliyyat və ticarət marşrutlarını da birləşdirəcək.

Şərhlər:
Cowqun
26 mart 2025 19:44

Ela! Ugurlu xeyirli olsun her iki dovlete.

Sahibe
26 mart 2025 19:46

Zengezur temasinda bir defeluk hell etsek vessalam. Onnan sonra biz terefe hec dawda ata bilmeyecek o ….. neinki gulle

Elcin
26 mart 2025 19:47

Cox sebindim . Xeuirlisi olsun

Keramet
26 mart 2025 19:51

85 deq ? Bir saat 25 deq daha dogru deyilmi ?beledeki eladida. Min get

Rewad Haqverdiyev
26 mart 2025 19:54

Bu olkemiz adina yaxwi xeberdi. Ne qeder tranzit ve ya bawqa dovlete rahat cixiwimiz olsa iqtisadiyyat bir o qeder artar

Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: