"Supermen olmadığımı gördüm" – Acun Ilıcalı Fenerbahçəyə vida sonrası ilk dəfə danışdı

Fenerbahçənin sabiq vitse-prezidenti, tanınmış media adamı Acun Ilıcalı, vəzifədən ayrıldıqdan sonra ilk dəfə açıqlama verdi.
İngiltərənin Hull Daily Mail nəşrinə danışan Ilıcalı, Fenerbahçədəki vəzifəsindən sonra artan iş yükünə diqqət çəkdi.
"Supermen olmadığımı anladım"
"Fenerbahçədə bir il boyunca məsuliyyət daşıdım və bununla qürur duyuram. Dominikan Respublikası və İstanbulda işləri olan bir iş adamı olaraq Hull City-ni satın aldıqdan sonra hər şeyi təşkil edə bildim, lakin bu, asan olmadı. Fenerbahçənin vitse-prezidenti olmaq böyük bir məsuliyyət idi və bu vəzifəni çox sevirdim. Öhdəsindən gələ bildim, amma bu, mənim üçün çox ağır yük oldu. Təsəvvür edilə biləcək ən intensiv həyatı yaşadığım bir vaxtda Fenerbahçədə vitse-prezident olduğumda klubda çox uzun saatlar keçirməyə başladım. İş yükü doğrudan da çox ağır idi və Supermen olmadığımı anladım," – deyə bildirib.
"Ali Koç mənə ayrılmaq üçün icazə verdi"
Fenerbahçədən ayrılma prosesi barədə danışan Ilıcalı əlavə edib:
"Hal-hazırda hər şeyi gizli saxlamaq istəyirəm, çünki baş verənlər klub daxilində yaşandı və verəcəyim hər hansı açıqlama insanları incidə bilər. Bu isə mənim istədiyim bir şey deyil. Hazırda ayrılmağımla bağlı hər hansı şərh vermək istəmirəm. Ayrılmaq qərarını verdim və çox yaxşı dostum olan prezident Ali Koçdan icazə istədim. O da mənə icazə verdi. Ali Koç klub adına açıqlama verərək, səylərimi yüksək qiymətləndirdiyini bildirdi. Bu, mənim üçün çox mənalı idi. Həmişə olduğu kimi böyük bir Fenerbahçe azarkeşi olaraq qalacağam və stadiona mütəmadi gedəcəyəm."
"Karyeramın ən çətin ili idi"
Fenerbahçədəki vəzifə müddətini "karyerasının ən çətin ili" kimi xarakterizə edən Ilıcalı sözlərini belə tamamladı:
"Həqiqətən çətin günlər yaşadığımı deyə bilərəm. Fenerbahçənin həm evdə, həm də səfərdə keçirdiyi bütün oyunlarda klubu təmsil etdim. Bu, mənim üçün bir şərəf idi. Amma Hull City də mənim üçün çox vacib idi. Bu, mənim üçün çox çətin bir dövr idi."
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 09:08
Ramiz Duyğun vəfat etdi
Sağlamlıq
Dünən, 18:00
Qonoreyanın Gözə Təsiri Var?
Ədəbi sənət
Dünən, 17:00
Gülüşün Aristokratı: Pyer Rişar
Cəmiyyət
Dünən, 16:25
Sabah bu rayonlarda qaz olmayacaq
Populyar Xəbərlər
Hindistanda DƏHŞƏT: Təyyarə yaşayış məhəlləsinə düşdü – 240-dan çox sərnişin var idi - VİDEO
Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - VİDEO
Ərdoğandan sərt ittiham: Netanyahunun administrasiyası bölgəni fəlakətə sürükləyir
Tehranı nə gözləyir? 15 milyonluq şəhərdən kütləvi çıxış başlayıb? - VİDEO
Tehranda həyəcan dolu gecə! Xameneinin iqamətgahına raket zərbəsi endirildi
Vaşinqton məsuliyyət daşıyırmı? Pəzeşkiyan ABŞ-ı İrana qarşı hücumlarda ittiham edir