Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Rəcəb Tayyib Ərdoğan ölkəmizin inkişaf etməkdə olan səkkiz dövlətin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) üzvü seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib.
Prezident İlham Əliyev öz növbəsində bu məsələdə Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib.
Söhbəti zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi, regional təhlükəsizlik məsələləri müzakirə olunub. Suriyada Əsəd rejiminin çökməsindən sonra müsbətə doğru irəlliləyiş məmnunluqla qeyd edilib, Suriyanın sosial və iqtisadi inkişafı ilə bağlı birgə səylərin göstərilməsi razılaşdırılıb.
Dövlət başçıları ölkələr arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
İdman
Dünən, 23:30
Taekvondoda növbəti uğur – gənclərimizdən 3 medal
Cəmiyyət
Dünən, 21:40
Prezident İlham Əliyevin Albaniyaya səfəri ilə bağlı sosial şəbəkə hesabında yeni videoçarx paylaşılıb
Cəmiyyət
Dünən, 21:32
“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin qalibləri ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) bürünc medal qazanıblar
Hadisə
Dünən, 18:57
ATU tələbəsi Ramin Süleymanlı vəfat edib
Dünya
Dünən, 18:34
Ərdoğanla Paşinyan üz-üzə gəldi
Cəmiyyət
Dünən, 18:31
Azərbaycan dili imtahanında son vəziyyət
Populyar Xəbərlər
Aysel Xanlarqızı Beynəlxalq Ədəbiyyat Mükafatına Layiq Görüldü
Polis Akademiyasının kursantları fləşmob keçirib
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Gömrük əməkdaşları dövlətə sədaqət andı içdi - VİDEO
Polis Akademiyasında Ümummilli Liderin 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
Ağdamda yeni nəqliyyat kompleksi – Böyük Qayıdışa güclü dəstək