Tibb tarixində bir ilk! Epilepsiya xəstəsi sağaldı

Tibb tarixində bir ilk! Epilepsiya xəstəsi olan uşaq başına aparat qoyularaq sağalıb.
Ulusum.az xəbər verir ki, İngiltərədə epilepsiya xəstəsi olan 13 yaşlı oğlan kəllə sümüyünə yerləşdirilən cihaz sayəsində tutmalardan xeyli dərəcədə xilas olub. Elm adamları tarixdə ilk dəfə istifadə edilən cihazın uzunmüddətli təsirlərini araşdırır.
Məlumata görə, Londonda yaşayan 13 yaşlı uşağın epilepsiya tutmaları kəllə sümüyünə yerləşdirilən elektron cihazla idarə olunub.
3 yaşından epilepsiyanın müalicəyə davamlı forması olan "Oran Knowlson" gündə 20 ilə 100 arasında qıcolma keçirirdi.

Ötən ilin oktyabrında 8 saatlıq əməliyyat zamanı onun beyninə iki elektrod yerləşdirilib. Elektrik siqnalları istehsal edən cihaz uşağın kəlləsinə bərkidilib. Britaniyalı neyrocərrahlar elektrik stimulyasiyası ilə beyində epilepsiyaya səbəb olan anormal siqnalları bloklamağı bacardıqlarını bildiriblər.

Autizm və hiperaktivlik pozğunluğu da olan Oran başına taxılan neyrostimulyator sayəsində epileptik tutmalardan xeyli xilas olub.

Təxminən kibrit qutusu böyüklüyündə və təxminən yarım santimetr qalınlığında olan cihaz simsiz enerji ilə doldurula bilir. 7 aylıq müddətdə epileptik tutmaları yüzdə 80 azaltdığı ifadə edilir.
Picostim adlı cihaz keçən il Parkinson xəstələrinin müalicəsində də istifadə edilib. Cihazın uzunmüddətli təsirini sınaqdan keçirən elm adamları gələcəkdə epileptik tutmaların keçmişdə qala biləcəyini söyləyirlər.
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 18:41
Röya Ayxanın atası vəfat etdi
Köşə
Bu gün, 18:25
Filtrlərin arxasında itən gerçəklik
Mətbəx
Bu gün, 18:00
Zoğal Mürəbbəsi — Təbiətin Şirin Sirri
Sağlamlıq
Bu gün, 17:34
Hansı qadınlarda insult riski daha yüksəkdir?
Sağlamlıq
Bu gün, 17:30
Bağırsaq xərçəngindən necə qorunaq?
Siyasət
Bu gün, 17:28
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
İdman
Bu gün, 17:24
Aygül Abdullayevaya vəzifə verildi
Mətbəx
Bu gün, 16:00
Dadlı Alça Turşusu – Evdə Asan Hazırlanan Ləzzət
Hadisə
Bu gün, 15:38
Qusarda kişi arvadı və qaynını baltalayıb
Populyar Xəbərlər
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Rəsmi Tokio Xirosima bombalamasında ABŞ-ı dilə gətirmədi
Ağ Evdə Moskvasız Sülh Sammiti - Euronews