Jalə Əhmədova: "Qeyri-peşəkarlar mütəxəssis kimi TANIDILIR" -EKSKLÜZİV

"Aprel ayı bütün dünyada autizmin təbliğatı kimi yadda qaldı. Biz də Azərbaycanda Autizm Federasiyası olaraq bu istiqamətdə silsilə tədbirlər həyata keçiririk".
Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova Ulusum.az saytına açıqlamasında deyib:
"May ayının birində Fəvvarələr Meydanında böyük Autizm Festivalı təşkil etdik. Məqsəd ondan ibarətdir ki, autistlərin və bundan əziyyət çəkən insanların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Ona görə də məkan olaraq Fəvvarələr Meydanını seçdik. Çünki insanların daha sıx olduğu bir məkandır, biz də düşündük ki, nəticə orda daha yaxşı olacaq və istədiyimiz nəticəni də əldə etdik".
Millət vəkili həmçinin bildirib ki, sözügedən tədbirlərin müsbət tərəflərindən biri də budur ki, istirahətə gələn insanlar uşaqların əl işləri ile tanış olurlar, autizm haqqında məlumatlanırlar, mərkəzlərlə tanış olurlar. Bu baxımdan görülən işlərin önəmli olduğunu qeyd edən Jalə Əhmədova hələ də müəyyən boşluqların olduğunu vurğulayıb. Onun sözləriə görə, cəmiyyətdə məlumatsızlıq var, ona görə təbliğatları daha çox genişləndirmək hədəflənib.
Millət vəkili bu sahədə olan işbazlardan da danışıb:
“Təbii ki, hər zaman dövlət dəstəyi var, ancaq bildiyiniz kimi, autizm xəstəliyindən əziyyət çəkənlərin sayı günü-gündən artmaqdadır. Özəl mərkəzlər açılır, lakin həmin mərkəzlərdə olan qiymətlər vətəndaşları qane etmir. Bundan başqa, bölgələrdə mərkəzlərin azlığı müşahidə olunur, eyni zamanda peşəkar mütəxəssislər istənilən qədər deyil. Təəssüf ki, qeyri-peşəkar insanlar bu sahədə mütəxəssis kimi tanıdılır və müəyyən işlər görürlər. Biz də çalışırıq ki, qeyri-peşəkarların qarşısını alaq. Ən başlıcası dövlət layihələrinə üstünlük veririk, çalışırıq ki, qanunvericilikdə Autizm spektrı öz əksini tapsın”.
Millət vəkili qeyd etdi ki, gələcəkdə vətəndaşların autizm xəstəliyinin müalicəsində də Tibbi sığortadan istifadə edə bilmələri əsas hədəfdir.
Ağa Dadaşzadə
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Bu gün, 20:00
Daxili gücünü kəşf et: psixoloqa ilk addımın önəmi
Mətbəx
Bu gün, 18:00
Gavalı cemi – payızın ən şirin hədiyyəsi - FOTO
Hadisə
Bu gün, 16:33
Universitet müəllimi dünyasını dəyişdi
Hadisə
Bu gün, 16:28
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Gündəm
Bu gün, 15:00
Türk brendinin Azərbaycandakı mağazaları bağlanır?
Dünya
Bu gün, 14:00
Soros və ailəsinə qarşı istintaq başlaya bilər
Sağlamlıq
Bu gün, 12:00
Sevimli kartof "fri"gizli xəstəlik yarada bilər ?
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?