Qlobal Sülh Sammiti başa çatdı - FOTO
İsveçrədə 92 ölkə və 8 beynəlxalq təşkilatın iştirakı ilə baş tutan Qlobal Sülh Sammiti başa çatdı.
Sammitin əsas müzakirə mövzuları nüvə və ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər olub.
Ulusum.az-a özəl açıqlamasında İctimai-siyasi fəal Elvin Baxşalızadə bildirib ki, Ukraynada davam edən və getdikcə arealı genişlənən müharibə, Rusiyanın nüvə təhdidləri hazırda qlobal miqyasda narahatlıqlara səbəb olur.
"Maraqlıdır ki, Rusiya dövlət səviyyəsində sammitə dəvət olunmadı. Şimal qonşumuzun əsas tərəfdaşlarından sayılan Çin isə sammitdə iştirakdan imtina etdi. Bu addımı rəsmi Pekinin müttəfiqi Rusiyaya jesti kimi də qiymətləndirmək olar. Əgər sammitdə əsas niyyət sülh idisə Rusiya tərəfi mütləq dəvətlilər sırasında olmalı idi. Çünki situasiyadan asılı olmayaraq müharibənin iki tərəfi var və sülh danışıqları məhz onların iştirakı ilə baş tuta bilərdi. Deməli yaxın perspektivdə Kollektiv Qərbin sülh hədəfi yoxdur. Sammitin əsas hədəflərindən biri Ukraynaya ciddi dəstəyin ifadəsi və gələcəyə yönəlik addımların müzakirəsi oldu. Bir müddət əvvvəl ABŞ və Ukrayna arasında imzalanmış 10 illik təhlükəsizlik sazişi də müharibənin hələ uzun müddət davam edə biləcəyi ehtimalını artırır. Hələ ki,üfüqdə sülh görsənmir...", deyə E.Baxşaızadə qeyd edib.
Onun sözlərinə əsasən, iki günlük müzakirələrin nəticəsi kimi, Sammitin sonunda yekun Kommünike qəbul olundu.
"Burada 3 əsas məqam diqqəti cəlb edir:
1)Zaporojye AES Ukraynanın suveren nəzarəti altında fəaliyyətini davam etdirməlidir
2)Nüvə silahının tətbiqi və bu mövzuda hədələr qəbulolunmaz sayılır
3)Ərzaq təhlükəsizliyinin təmin olunması baxımından azad və təhlükəsiz gəmiçiliyin Qara və Azov dənizlərindəki limanlara çıxışının təmin olunması
İştirakçı ölkələrin mütləq əksəriyyəti yekun Kommünikeyə imza atdı. Hindistan,BƏƏ,Səudiyyə Ərəbistanı,Braziliya,CAR,Meksika kimi ölkələr isə yekun sənədi imzalamaqdan imtina etdi.
Zaporojye AES-lə bağlı narahatlıqlar və nüvə müharibəsi riskinin bu cür geniş müzakirəsi dünyanın bütövlükdə necə həssas bir dönəmdən keçdiyinin göstəricisi sayılmalıdır. Dünya nüvə müharibəsinə heç vaxt olmadığı qədər yaxındır. Az qala hərgün bununla bağlı hədələr,mətbuatda müzakirələr dərc olunur".
İctimai-siyasi fəal Elvin Baxşalızadə həmçinin vurğulayıb ki, bunun özü belə qorxulu perspektiv gözləntisini artırır. Bütün insanlıq və Planetimiz cəmi bir neçə siyasi liderin daxili eqosu və hikkəsinə qurban gedə bilər.
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
5-05-2024, 19:48
NATO-Rusiya gərginliyi durmadan artır, Qərbdə zaman qazanılması üçün Ukrayna savaşının uzadılmasına qərar verilib...
13-05-2024, 10:00
2020-ci il Vətən müharibəsindəki qələbədən sonra ölkəmizin qarşısında yeni perspektivlər açıldı. Bunlardan biri də
27-05-2024, 11:10
Müstəqillik mənəvi duyğudur. Xalqlar var ki, müstəmləkəçiliyə məhkumdurlar, çünki onu qəbul edib, boyun əyiblər. Amma
22-04-2024, 18:07
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni hesabatını dərc edib. ULUSUM.az hesabata nəzər yetirərək
4-06-2024, 19:45
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 12:21
Bazar gününün havası açıqlanıb
Cəmiyyət
Bu gün, 12:03
Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib
İdman
Bu gün, 09:55
Harri Keyn Bundesliqada yeni rekorda imza atıb
Siyasət
Bu gün, 07:49
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
Cəmiyyət
Dünən, 20:00
“Akvarel yağışı” təqdim olunub
Analitika
Dünən, 18:32
Çin və Amerika Arasında Ticarət Müharibəsi
Cəmiyyət
Dünən, 17:39
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Hadisə
Dünən, 16:27
ABŞ-ın Londondakı səfirliyində partlayış baş verib
Hadisə
Dünən, 16:23
Olaf Şolts Rusiyanın "Oreshnik" ballistik raketindən istifadəsini "qorxunc eskalasiya" hesab edir
Populyar Xəbərlər
Çin və Amerika Arasında Ticarət Müharibəsi
“Akvarel yağışı” təqdim olunub
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib
I Qarabağ müharibəsinin nəticələrinin analitik təhlili
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib