27-05-2024, 11:10 0 Gündəm / Siyasət

Hər şəhərin öz bayrağı... FOTOLAR

Hər şəhərin öz bayrağı... FOTOLAR

Müstəqillik mənəvi duyğudur. Xalqlar var ki, müstəmləkəçiliyə məhkumdurlar, çünki onu qəbul edib, boyun əyiblər. Amma Azərbaycan xalqı əksinə.. Həttə tarix boyu əsrlərlə xarici qüvvələrin təsirinə məruz qalsa da , bununla qəti razılaşmamış, daim müstəqilliyi, azadlığı uğrunda savaşmışdır.


Tarixə baxış...
18-ci əsrin I yarısında Azərbaycan ərazisində ölkənin sonrakı taleyinə ciddi təsir edəcək bir sıra ictimai-siyasi xarakterli hadisələr baş verdi. Ölkədə gedən tarixi proseslər Cənubi Qafqaz, İran,Türkiyə və Rusiyada cərəyan edən hadisələrlə sıx bağlı idi. Həmin dövrdə Rusiya özünün inkişaf etməkdə olan iqtisadiyyatını xammalla təmin etmək, Volqa-Xəzər ticarət yolunu inkişaf etdirib genişləndirmək məqsədi ilə Xəzəryanı vilayətlərə yiyələnməyə can atırdı.

İctimai-siyasi fəal Elvin Baxşalızadə ulusum.az-a açıqlamasında bunları deyib:
"Azərbaycan faktiki olaraq 3 dövlətin - İran,Osmanlı və Rusiyanın mənafelərinin toqquşduğu məkana çevrilmişdi. Bu çətin tarixi şəraitə baxmayaraq 18-ci 40-cı illərində ölkə ərazisində ilk müstəqil xanlıqlar yaranmışdır. Hətta onların hərəsinin öz dövlət atributları, bayraqları var idi. Onlar arasında Urmiya, Şəki, Qarabağ, Quba və Xoy xanlıqları daha qüdrətli idilər. Həmin dövrdə ölkə ərazisi xanlıqlara bölünsə də,xalqımızın azadlıq yanğısı və vahid dövlətdə birləşmə istəyi hər zaman ön planda idi. Məsələn,Quba xanı Fətəli xanın Azərbaycan ərazilərini tam birləşdirməklə bağlı ciddi cəhdləri olmuşdur. Onun bu addımları tam müvəffəqiyyətlə nəticələnməsə də,dövrün mütərəqqi hadisəsi kimi yaddaşlarda qalmışdır".

Qeyd olunan tarixi dövrdə xalqımızın azadlıq arzuları sönməmiş və iyirmi əsrin əvvəllərində öz təbii nəticəsinə çatır. Xalqın Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya Müharibəsindən sonra Şimali Azərbaycanda Şərq dünyasında ilk dəfə olaraq dünyəvi,demokratik respublika yarandı. Rəsulzadə,Fətəli Xan Xoyski,Nəsib bəy Yusifbəyli,M.Hacınski və digər ziyalılarımız şanlı dövlətimizin əsasını qoydular. Dövlətin rəsmi dili Türk dili,əhatə etdiyi ərazi 114 min kvadrat kilometr,əhalisi isə təxminən 2.8 milyon nəfər olmuşdur. Cəmi 23 ay yaşamasına baxmayaraq Xalq Cumhuriyyəti xalqımızın yaddaşında unudulmaz iz buraxmış və gələcək dövr üçün stimul tapa biləcəyimiz tarixi fenomenə çevrilmişdir.

Elvin Baxşalızadə vurğulayır ki, 1980-ci illərin sonunda yeni və daha böyük xalq kütlələrini özündə birləşdirən azadlıq hərəkatı başladı. Yüz minlərlə azərbaycanlı müstəqillik tələbi ilə meydanlara toplandı. Bu mübarizənin məntiqli nəticəsi kimi 18 Oktyabr 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi. Xalq Bir əsrdə iki dəfə öz dövlət müstəqilliyini elan etdi.

"Düzdür, 90-cı illərin əvvəli ölkə üçün çox çətinliklərlə yadda qaldı. Erməni silahlı birləşmələrinin hücumu,daxili çəkişmələr ölkənin müstəqilliyinə təhdid yaratdı. 1993-cü ildə isə ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzbəüz qaldı. Lakin Heydər Əliyevin siyasi səhnəyə qayıtması vəziyyəti kökündən dəyişdi. Məhz onun birləşdirici səyləri,atdığı addımlar nəticəsində ölkədə mövcud olan xaotik duruma son qoyuldu. 1994-cü ildə qarşılıqlı razılaşma əsasında müharibə dayandırıldı. Bundan sonra isə ölkə iqtisadi inkişaf,tərəqqi yoluna qədəm qoydu. Böyük enerji layihələri ölkəmizə iqtisadi müstəqillik qazandırdı, bölgələrdə infrastruktur layihələri həyata keçirildi", - deyə ictimai-siyasi fəal qeyd edib.

2003-cü ildən hakimiyyətə gələn prezident İlham Əliyevin də eyni siyasi xətti davam etdirməsinə diqqət çəkən müsahibimiz əsas istiqamətin iqtisadi inkişaf və sabitlik olaraq müəyyənləşdirildiyini vurğulayır.

Şübhəsiz, ilk növbədə, Azərbaycanın nisgili işğal edilən torpaqlarımızın geri qaytarılması hər şeydən üstün idi. Qarabağ probleminin həlli istiqamətində isə sülh danışıqları nəticə vermirdi. Bu danışıqlar prosesi 2020-ci ilə qədər davam etdirildi.
"2020-ci ilin sentyabrında əks-hücum əməliyyatları ilə Vətən Müharibəsinə start verildi. Ordumuz cəmi 44 günə düşməni məğlub etməyi bacardı. Ərazilərimiz işğaldan azad olundu. 2023-cü ilin Sentyabrında isə 1 günlük hərbi əməliyyatla suverenliyimizi tam bərpa etdik,ölkə ərazisində separatizmin kökünü kəsdik. İndi isə Qarabağ və ətraf ərazilərdə irimiqyaslı təmir-bərpa işləri görülür,əhali öz doğma yurduna köçür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan dövlət olaraq son yüz illiklərin ən qüdrətli dövrünü yaşayır. Tanrı ölkəmizi qorusun, yaşasın Böyük Azərbaycan!", - deyə Elvin Baxşalızadə qeyd edir.

Bu gün Azərbaycanın tam müstəqildir, bunu möhtərəm Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin uğurlu siyasət həyata keçirməsinə, Güclü Ordumuza, Vətəni uğrunda xüsusi şücaət göstərmiş qazilərimizə və şəhidlərimizə borcluyuq!

Aymirə Ağamirova
Hər şəhərin öz bayrağı... FOTOLAR




Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: