Bu gün, 11:00 0 Dünya

Kral III Çarlz Britaniya xalqına gözlənilməz müraciətlə çıxış edəcək

Kral III Çarlz Britaniya xalqına gözlənilməz müraciətlə çıxış edəcək
Böyük Britaniya Kralı III Çarlz millətə gözlənilməz müraciətlə çıxış edəcək. Bu barədə Daily Mirror nəşri Bukingem sarayına istinadla məlumat yayıb.

Bildirilir ki, Kralın çıxışı Yaponiya üzərində Qələbənin 80 illiyinə və İkinci Dünya Müharibəsinin başa çatmasına həsr olunacaq.

“Kral Çarlz babası Kral VI Corcun 1945-ci il avqustun 15-də azadlıq uğrunda həyatını qurban verən minlərlə britaniyalı əsgərin xatirəsini anmaq üçün söylədiyi sözləri təkrarlayacaq”, – deyə məlumatda vurğulanır.


Mənbənin sözlərinə görə, Kral nitqini şəxsən özü qələmə alıb. Bu addım onun “ən böyük nəslin borc və fədakarlığına” verdiyi şəxsi dəyəri ifadə etmək üçündür.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: