Bu gün, 13:00 0 Dünya

BMT: Putin və Trampın Görüşünə Nyu-York Qapılarını Aça bilər

BMT: Putin və Trampın Görüşünə Nyu-York Qapılarını Aça bilər
BMT Baş katibinin müavini Stefani Tremble bildirib ki, BMT-nin Nyu-Yorkdakı qərargahı Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın prezidenti Donald Tramp arasında mümkün görüşün keçirilməsi üçün platforma kimi təqdim oluna bilər. Bu barədə TASS məlumat yayıb.

Tremble qeyd edib ki, hələlik bu barədə rəsmi müraciət daxil olmayıb.

O vurğulayıb:

“BMT-nin qapıları dialoq üçün həmişə açıqdır. Biz həmişə dialoqu təşviq edirik və ümid edirik ki, nəhayət, BMT Nizamnaməsinə uyğun olaraq Ukraynadakı hərbi əməliyyatların dayandırılması istiqamətində irəliləyişə nail olunacaq.”


Putin və Tramp arasında mümkün görüş üçün Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, İsveçrə və İtaliya da alternativ məkanlar kimi nəzərdən keçirilir. Prezident Putin BƏƏ-ni “uyğun yer” kimi dəyərləndirib. Onun köməkçisi Yuri Uşakov isə təsdiqləyib ki, tərəflər bu məsələni ətraflı şəkildə işləyirlər.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: