Bu gün, 13:30 0 İdman

Ronaldu: “Qızıl top” əsl mükafat deyil, bu — uydurmadır!

Ronaldu: “Qızıl top” əsl mükafat deyil, bu — uydurmadır!
“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu “Qızıl top” mükafatının reallıqla heç bir əlaqəsi olmadığını bildirib. Bu barədə Sport TV məlumat yayıb.

“Bu — uydurmadır”, – deyə ulduz futbolçu jurnalistin “Qızıl top”la bağlı sualını cavablandırıb.


Ronaldu karyerası ərzində bu mükafatı 5 dəfə qazanıb və bu göstərici ilə yalnız argentinalı Lionel Messidən geri qalır. Messi isə 8 dəfə “Qızıl top” alıb.

Xatırladaq ki, 2024-cü ilin noyabrında “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri 1485 mümkün xaldan 1170-ni toplayaraq mükafata layiq görülmüşdü. İkinci yeri “Real”dan Vinisius, üçüncü yeri isə onun komanda yoldaşı Cud Bellingem tutmuşdu.

“Qızıl top” – France Football jurnalı tərəfindən hər il ilin ən yaxşı futbolçusuna təqdim edilən fərdi mükafatdır və dünyanın ən nüfuzlu futbol mükafatı hesab olunur.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: