Bu gün Onların günüdür

Bütün işlərimizi, səyahətlərimizi, istirahətimizi planlaşdırmazdan öncə mütləq hava haqqında məlumatla tanış oluruq, ondan sonra işlərimizi ona uyğun şəkildə tənzimləyirik.
Sözsüz ki, bu imkanı bizim üçün əlçatan edən dəqiqliyinə inandığımız bir qurum var - Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti.
Ulusum.az xəbər verir ki, Xidmətin ən operativ bölməsi Hidrometeoroloji Proqnozlar Bürosudur. Burada əsas fəaliyyət istiqaməti əhalini gözlənilən hava şəraiti haqqında məlumatla təmin etmək, təhlükəli və kritik hava şəraitinin insanların həyat və fəaliyyətində yarada biləcəyi risklərin minimuma endirilməsi məqsədilə ictimaiyyəti, aidiyyatı təşkilatları, dövlət qurumlarını əvvəlcədən xəbərdar etməkdir.
Ölkə ərazisini əhatə edən hidrometeoroloji müşahidə şəbəkəsindən gündəlik operativ olaraq hər 3 saatdan bir meteoroloji parametrlər (havanın temperaturu, şeh nöqtəsinin temperaturu, külək, görünüş məsafəsi, rütubətlik, atmosfer təzyiqi, buludluluq, atmosfer hadisələri və s.) üzrə müşahidələr, eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən stansiyalardan dəniz hidrometeoroloji müşahidələri (dənizin səviyyəsi, dalğalanma rejimi, suyun temperaturu və s) haqqında məlumatlar alınaraq təhlil edildikdən sonra gündəlik icmallarda və proqnozlarda istifadə olunur.
Ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi - ölkə ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Qeyd edək ki, bu gün - 23 May Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.
Ulusum.az olaraq Nazirliyin bütün əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, məsuliyyətli işlərində uğurlar arzulayırıq.
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 15:00
Kəsmikli və manqolu cheesecake - elə incə və yüngüldür ki, dadından doymaq olmur
Cəmiyyət
Bu gün, 13:47
Cahangir Əsgərov 170 milyondan danışdı
Hadisə
Bu gün, 13:45
Mağazada 22 yaşlı satıcı boynundan bıçaqlandı
Dünya
Bu gün, 13:00
İsveçrə ilə ABŞ arasında gömrük gərginliyi
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri