Polis kolleclərinin yaradılması təklif edildi

“Korrupsiya ilə mübarizə sahəsində qanun qəbul etmişik, amma bununla bağlı profil qurum Milli Məclisə hesabat vermir”.
Ulusum.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, bizdə polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır: “Hərbidə olduğu kimi, polis kollecləri də yaradılmalı, qəbul testlə olmalıdır. Belə olmasa, onlar nə öz hüquq və vəzifələrini, nə də vətəndaşın hüquq və vəzifələrini mənimsəyə biləcək”.
Deputat deyib ki, insan alverinə dair və bu kimi hesabatlar Milli Məclisin profil komitəsində müzakirə edilməlidir: “Əgər hansısa məqam olarsa, plenar iclasda müzakirəyə çıxarıla bilər”.
Qüdrət Həsənquliyev əlavə edib ki, Milli Məclisdə verilən hesabatlar qeyri-qənaətbəxş hesab olunarsa, həmin qurumun başında duran şəxs və ya Hesablama Palatasının auditorları istefa verməlidir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Dünən, 20:00
Yunanıstanda 3500 illik qədim məzar aşkar edilib
Sağlamlıq
Dünən, 17:00
Ürək çatışmazlığının gizli əlamətləri
Populyar Xəbərlər
Yeni Yaşımın Səssiz Gücü
Əlisultan İsgəndərzadə – Zəhmətlə Yoğrulmuş Ömür
Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın
"Ulusum.az"-ın İşığı, Rəxşəndə İkram qızı — Doğum Günün Mübarək!
Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!
Yaxşılıqla Gözəlləşən Dünya: Yunus Əmrənin İşığında Jalə Cəfərovanın Söz Yolu