Baqrat Qalstanyanın SONU.... FOTO - EKSKLÜZİV

Azərbaycanla-Ermənistan arasında razılaşma əldə olunduğu vaxtdan bəri bu ölkədə əhalini meydanlara çıxaran Erməni keşişin canfəşanlığı xüsusilə diqqət çəkir.
Ulusum.az xəbər verir ki, Atlas Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Baqrat Qalstanyanın bu hərəkətlərini siyasi təhlil edib.
Politoloq bildirir ki, erməni keşiş Baqrat Qalstanyanın ötən əsrində əvvəllərində Rusiyada yaşayan keşiş Qaponla oxşar cəhətləri az deyil.
"Vaxtilə Qapon da Qalstanyan kimi müxalif hərəkata liderlik iddiasında idi. Rus keşiş etirazçıları Rusiya imperatoruna qarşı qiyama qaldırmağa cəhd etdi, nəticədə etirazçılar meydanda güllələndi və bu, tarixə 1905-ci il “qanlı bazar günü” kimi düşdü. İnsanları qırğına verən Qapon özü qaçıb gizləndi, bir il sonra inqilabçı dostları keşişin çar polisinin gizli xəfiyyəsi olması ittihamıyla onu qətlə yetirdilər.

Qaponun təxribatı Rusiyada sonrakı təlatümlərin başlanğıcı oldu, qiyamçı bolşeviklərin hakimiyyətə gəlişini sürətləndirdi.
İndi Baqrat Qalstanyan da Qaponun yoluyla gedir, etirazçıları hakimiyyətə qarşı mübarizəyə səsləyir",- deyə politoloq qeyd edib.
Elxan Şahinoğlu həmçinin onun da Qapon kimi xarici kəşfiyyatlardan birinə işləməsi və sonunun rus keşişi kimi bitəcəyini istisna etmir.


Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 18:41
Röya Ayxanın atası vəfat etdi
Köşə
Bu gün, 18:25
Filtrlərin arxasında itən gerçəklik
Mətbəx
Bu gün, 18:00
Zoğal Mürəbbəsi — Təbiətin Şirin Sirri
Sağlamlıq
Bu gün, 17:34
Hansı qadınlarda insult riski daha yüksəkdir?
Sağlamlıq
Bu gün, 17:30
Bağırsaq xərçəngindən necə qorunaq?
Siyasət
Bu gün, 17:28
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
İdman
Bu gün, 17:24
Aygül Abdullayevaya vəzifə verildi
Mətbəx
Bu gün, 16:00
Dadlı Alça Turşusu – Evdə Asan Hazırlanan Ləzzət
Hadisə
Bu gün, 15:38
Qusarda kişi arvadı və qaynını baltalayıb
Populyar Xəbərlər
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Rəsmi Tokio Xirosima bombalamasında ABŞ-ı dilə gətirmədi
Ağ Evdə Moskvasız Sülh Sammiti - Euronews