Türkiyə mediasına "BOMBA" kimi düşən GÖRÜŞ - FOTO - EKSKLÜZİV

Türkiyədə bir ilk yaşanıb. Belə ki, AK Partiya və CHP liderləri 8 ildən sonra ilk dəfə bir araya gəldi. Görüş zamanı prezident Ərdoğan CHP-yə cavab səfəri mesajı verib.
Ulusum.az türk mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanla CHP sədri Özgür Özəl arasında 31 Mart seçkilərindən sonra gözlənilən görüş dünən baş tutub. AK Partiya Ümumi Qərargahında baş tutan və 1 saat 35 dəqiqə davam edən görüşdə Türkiyənin gündəminə dair bir sıra mövzu müzakirə edilib.
Prezident Ərdoğanın CHP sədri ilə təkbətək görüşü ölkə siyasətinin iki liderini 8 ildən sonra bir araya gətirib. Prezident Ərdoğan CHP sədri Kamal Kılıçdaroğlu və MHP sədri Dövlət Baxçalı ilə sonuncu dəfə 2016-cı il iyulun 25-də, 15 iyul çevriliş cəhdindən sonra Prezident Külliyesində görüşüb.
ƏRDOĞAN 18 İLDƏN SONRA CHP-NİN QAPISINI AÇACAQ
İki liderin görüşü uzun illərdən sonra Türkiyə siyasətində daha bir ilkin qapısını açdı. Xoş əhval-ruhiyyəli görüşdə prezident Ərdoğan CHP-yə cavab səfəri mesajı verib. Görüş zamanı oturacaqların düzülüşündən narahat olan Ərdoğan şəxsi köməkçisi Həsən Doğana üz tutaraq, “Hörmətli Həsən, bunun əvəzini çıxmaq üçün CHP Ümumi Mərkəzinə gedək” deyib.
Prezident Ərdoğanın yaxın vaxtlarda baş tutacağı gözlənilən CHP Ümumi Mərkəzinə səfəri 18 ildən sonra bir ilk olacaq. Prezident Ərdoğan sonuncu dəfə 2006-cı ildə, baş nazir olduğu dövrdə CHP-nin qərargahını ziyarət edib.
CHP-nin yeni qərargahına səfəri zamanı Ərdoğan CHP-nin o zamankı sədri Dəniz Baykala “təbrik” ziyarətinə getmişdi.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Dünən, 20:00
“Şakir Paşa Ailesi” layihəsi dayandırıldı – Mübahisələr, faciələr və sənət dolu bir səyahətin sonu
Şou-biznes
Dünən, 19:00
“Qızılcık Şərbəti” yenidən ekranlara qayıdır – yeni mövsüm, yeni rejissor, yeni simalar!
Sağlamlıq
Dünən, 17:30
Həyəcanlı İnsanlar Nələri Yeməməlidir?
Dünya
Dünən, 16:30
25 ölkənin Qəzza bəyanatına İsraildən Sərt Reaksiya
Sağlamlıq
Dünən, 13:30
Maddələr mübadiləsi nə vaxt zəifləyir?
Populyar Xəbərlər
Xəzər Universitetinin 54-cü Məzunluq Mərasimi – Gözəl və Yaddaqalan Anlar! - FOTO
Xəzər Universiteti ilə Qürur Dolu Anlar: “MƏZUN-2025” Tədbiri - VİDEO
Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır
Xamenei ABŞ-a xəbərdarlıq etdi: Daha güclü zərbə mümkündür
Senator Qrem: “Putin 51-ci gün Xameneiyə zəng etməyə məcbur qalacaq”
“Hudutsuz Sevda”nın Şeref’i Emre Törün dünyasını dəyişdi