COP29.az vebsaytı istifadəyə VERİLDİ

2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının rəqəmsal məlumat platforması bugündən artıq istifadəyə verilib.
ULUSUM.az xəbər verir ki, platforma Konfransa hazırlıq prosesində COP29 Sədrliyinin gündəlik fəaliyyəti ilə bağlı məlumatları, tədbirə hazırlıq işləri və eləcə də tədbir iştirakçıları və medianı maraqlandıran bütün təşkilati məqamları özündə əks etdirəcək.
Qeyd olunmalıdır ki, vebsaytın mövcud versiyası üzərindən Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində aparılan işlər, danışıqlar prosesinə dair önəmli xəbərlər və ölkənin ali rəhbərliyinin iqlim fəaliyyəti ilə bağlı irəli sürdüyü başlıca təşəbbüslər iki dildə yerli və beynəlxalq ictimaiyyətin nəzərinə operativ şəkildə çatdırılacaq.
İrəliləyən dövrdə isə, COP29 Sədrlik mandatı Azərbaycana təqdim olunduqdan sonra, iştirakçı tərəflərin istifadəsi üçün nəzərdə tutulmuş pavilyon məlumatları, qonaqlama, e-viza, akreditasiya, qidalanma, tədbir məkanında naviqasiya və digər xidmətlərlə bağlı müvafiq platformalar https://cop29.az/en vebsaytı üzərindən təqdim olunacaq.
Azərbaycanın yaşıl keçid strategiyasını və COP29 Sədrliyinin əsas gündəliyini tərənnüm edən internet saytı istifadəçilər üçün məlumatın əlçatanlığı və onları maraqlandıran suallara asan cavab tapmaları prioriteti ilə ərsəyə gətirilmiş, sadə və interaktiv formada dizayn edilib. Yerli və qlobal istifadəçilər üçün nəzərdə tutulmuş qeyd edilən e-xidmətlər operativ məlumatları və əlaqədar platformalara birbaşa keçidi təmin edəcək.
COP29-un vebsaytına https://cop29.az ünvanından daxil olmaq mümkündür.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 19:00
Çində17 yaşlı qız sevgilisini 14 min dollara satdı
Sağlamlıq
Dünən, 18:00
Qazlı su uşaqlar üçün niyə zərərlidir?
Sağlamlıq
Dünən, 16:30
Qlüten: miflər və həqiqətlər
Mətbəx
Dünən, 15:30
Tüstü qoxulu, qozlu-pendirli əsl yay şedevri!
Mətbəx
Dünən, 15:00
“Tatar mahnısı” — dadı dillər əzbəri salat resepti
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib