22-04-2024, 13:48 0 Gündəm / Siyasət

Avropa Komissiyası: Azərbaycanın sədrliyi...

Avropa Komissiyası: Azərbaycanın sədrliyi...

Avropa İttifaqı və Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində bərpa olunan enerji mənbələrinin inkişafına və enerji səmərəliliyinin artırılmasına diqqət yetirməklə enerji siyasəti üzrə əməkdaşlığı gücləndirməyə davam edəcək və Azərbaycanın Sədrliyi emissiyaların daha da azaldılması üçün səylərin birləşdirilməsində əsas rol oynayacaq.

Bu barədə ULUSUM.az açıqlamasında Avropa Komissiyasının mətbuat xidmətinin rəsmi nümayəndəsi Tim Makfi bildirib.

Onun sözlərinə görə, COP29 bərpaolunan enerji mənbələrinin gücünün üç dəfə artırılması və ikiqat enerji səmərəliliyinin artırılması üzrə ötənilki sessiyada - Dubayda keçirilən COP28-də tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrasının qiymətləndirilməsinin birinci mərhələsi olacaq:

“Bu konfransa ev sahibliyi edən dövlət daxil olmaqla dünya ölkələrində bu istiqamətdə əldə olunan irəliləyişi nümayiş etdirmək və gələcək fəaliyyət üçün təkan yaratmaq vacibdir”.

T.Makfi vurğulayıb ki, Azərbaycanın COP29-a sədrliyi emissiyaların azaldılması üzrə fəaliyyətlərin davam etdirilməsi istiqamətində tərəflərin səylərinin birləşməsində əsas rol oynayacaq:

“Bütün tərəflər üçün iqlim dəyişikliyi ilə mübarizədə bir nömrəli prioritet “Paris Sazişi”nə uyğun olaraq istixana qazları emissiyalarının azaldılması və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) qəbul edilməsidir. Bakıdakı sessiya 2030-cu ildən sonra yeni öhdəliklərin tətbiqi istiqamətində mühüm addım olacaq. COP29 gələcəkdə iqlim sahəsində maliyyələşdirmə ilə bağlı müzakirələr və qərarlar üçün də vacib olacaq”.



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: