Niyə səyahətdən maqnit gətirirsiniz? - EKSKLÜZİV

Adətən, səyahətdə olarkən oradakı xatirələri əbədiləşdirmək haqda düşünürük. Bunun üçün bəzən şəkil və ya video görüntü yetmir.
Getdiyimiz ölkədə gördüklərimizi ya daim xatırlamaq, ya da dost-tanışlarımıza göstərmək üçün mütləq həmin ölkədən hər hansı bir aksessuar almaq haqda düşünürük.
Mütəxəssislərin qənaətincə, insanlar bu cür əşya seçimində çox da əziyyət çəkmirlər, seçim bəllidir - maqnitlər.. Sual yaranır, niyə məhz maqnitlər?
Ötən əsrin insanı o zamanlar səyahət etdiyi yerdən kitablarla qayıdırdı. İndi isə maqnitlər demək olar bütün variantları qabaqlayıb.
ULUSUM.az saytı xəbər verir ki, filosoflar turist maqnitlərini gərəksiz kitç” kateqoriyasına aid ediblər. Onlar hesab edirlər ki, bu maqnitlər heç bir xüsusi estetik dəyəri olmayan klişe, kütləvi istehsal edilmiş “sənət əsərləridir”. Filosofların fikrincə, maqnitlərin səpələndiyi soyuducu qapısı ancaq iştahı qaçıra bilər.
Psixoloqlar isə bu mövzuda daha optimal yanaşma sərgiləyir.
Onlar düşünür ki, əgər insanlar həmin əşyaları göz önünə - soyuducunun qapısına yapışdırırlarsa, demək bu, onlar üçün özəldir. Yəni psixi sağlamlıq üçün real faydalıdır.
Müntəzəm olaraq səyahətlərdə olan turistlərlə həmsöhbət olan psixoloqlar əmindirlər ki, kitablar, kuboklar insanlara maqnit qədər xoş təəssürat bəxş etmir.
İnsanlar da etiraf ediblər ki, bu suvenirlər onlara səyahəti xatırlatmaq və xoş xatirələr yaşatmaq üçün hər şeydən yaxşıdır. Axı yerli ləzzətlər gec-tez yeyilir, dekorativ boşqablar və heykəlciklər şkafda toz yığmaqdan başqa bir işə yaramır. Amma soyuducunun qapısını hər dəfə açanda maqnit görünür və xoş anlarını hər gün yaşamağına imkan verir.
Rəşad Ələkbərov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Əvvəlki nikahdan olan uşaq nəyə iddia edə bilər?
Sağlamlıq
Dünən, 19:30
Endometrioz – Səssiz ağrının adı
İdman
Dünən, 18:00
Teymur Rəcəbov güclülərlə bir arenada
Cəmiyyət
Dünən, 17:40
Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti
Populyar Xəbərlər
Aysel Xanlarqızı Beynəlxalq Ədəbiyyat Mükafatına Layiq Görüldü
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Bakı Qlobal Dəb Səhnəsində – MBFW Azerbaijan İşıqları Yandırdı! - FOTO
Jerar Depardye cinsi təcavüzdə təqsirli bilindi: Paris məhkəməsindən şərti cəza
Tekirdağda Görməli Yerlər: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Unudulmaz Səyahət FOTO/VİDEO
Saakaşviliyə Ukraynanın agenti statusu verildi