Rusiyadan gətirilən kartofda zərərli orqanizm AŞKARLANDI

Rusiya Federasiyasından idxal edilən toxumluq kartof məhsuluna fitosanitar baxış keçirilib və nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) ULUSUM.az saytına verilən məlumata görə, aparılmış ekspertizanın nəticələrinə əsasən "Агрохмель" şirkətinə məxsus 23 məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm − kartof yumrularında halqavari bakterial çürümə xəstəliyi aşkarlanıb.
Zərərli orqanizm aşkarlanmış toxumluq kartofun 10 partiyası fiziki şəxs Vəliyev Cümşüd Səbrulla oğlu, 13 partiyası isə Vəliyev Səbrulla Heybət oğlu tərəfindən idxal edilib.
Bununla əlaqədar Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə məktubla bildirişlər (notifikasiyalar) göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi bildirilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məqsədilə Rusiyanın "Агрохмель" ixracatçı şirkəti tərəfindən toxumluq kartof məhsulunun ölkəmizə idxalına bu il mayın 6-dan müvəqqəti qadağa tətbiq edilib.
Qeyd edək ki, fitosanitar riski yüksək qiymətləndirilən toxumluq kartof yumrularında halqavari bakterial çürümə xəstəliyinin əsas sahib bitkisi kartof hesab edilir. Həmin zərərli orqanizm məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir edir və kartof istehsalında məhsul və keyfiyyət itkisinə səbəb olur. Əkin sahələrinə düşdüyü halda uzun müddət həyat qabiliyyətini saxlayır və həmin sahələrdə kartofun əkilməsini səmərəsiz edir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 19:00
Çində17 yaşlı qız sevgilisini 14 min dollara satdı
Sağlamlıq
Dünən, 18:00
Qazlı su uşaqlar üçün niyə zərərlidir?
Sağlamlıq
Dünən, 16:30
Qlüten: miflər və həqiqətlər
Mətbəx
Dünən, 15:30
Tüstü qoxulu, qozlu-pendirli əsl yay şedevri!
Mətbəx
Dünən, 15:00
“Tatar mahnısı” — dadı dillər əzbəri salat resepti
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib