14-01-2025, 10:00 0 Dünya

ABC: Kaliforniyada təxliyə aparılan zonalarda təxminən 70 nəfər saxlanılıb

ABC: Kaliforniyada təxliyə aparılan zonalarda təxminən 70 nəfər saxlanılıb
ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları yanğınlar səbəbilə təxliyə aparılan zonalarda ən azı 68 nəfəri saxlayıblar. Bu barədə ABC News telekanalı polis məlumatlarına istinadən xəbər verib.

Məlumata görə, Los-Anceles bölgəsində 29, Santa-Monika bölgəsində isə 39 nəfər saxlanılıb. Onlardan 10 nəfərin oğurluq və qapı sındırma kimi cinayətlərdə şübhəli bilindiyi bildirilir. Polis əlavə edib ki, saxlanılanların heç biri həmin ərazilərdə yaşamayıb.

Daha əvvəl The Wall Street Journal qəzeti, yanğınlardan təsirlənən bölgələrdə artan talançılıq halları fonunda ABŞ hüquq-mühafizə orqanlarının təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirmişdi.

Səidə Mustafa

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: