Los Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olundu FOTOLAR

Azərbaycanın Müstəqillik Günü Los Ancelesdə təntənəli şəkildə qeyd olunub.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən keçirilən tədbirdə ABŞ siyasi xadimləri, Dövlət Departamentinin Xarici Missiyalar Ofisinin Los Anceles Regional Ofisinin rəhbəri, Konsulluq Korpusunun katibi, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost türk, yəhudi, Pakistan və digər icmaların rəhbərləri iştirak ediblər.
Ulusum.az saytının Amerika Bürosundan verilən xəbərə görə, Azərbaycan və ABŞ himnlərinin ifasından sonra çıxış edən Azərbaycanın baş konsulu, Ramil Qurbanov Azərbaycan tarixində olduqca əlamətdar olan iki, ilk respublikamızın yaranması və nailiyyətləri haqqında məlumat verib.
R.Qurbanov 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycanın nəhəng çətinliklərlə üzləşdiyini, ancaq 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin böyük bəlalardan qurtulduğunu, Azərbaycanın inkişafının möhkəm təməllərinin qoyulduğunu diqqətə çatdırıb.
Bu gün Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini qeyd edən baş konsul, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyini, tarixi ədalətin bərpa olunduğunu və bu gün həmin ərazilərdə ağıllı və yaşıl texnologiyalara əsaslanan bərpa və quruculuq işlərinin aparıldığını vurğulayıb. Baş konsul Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib addımlar atdığını bildirib.
Sonra çıxış edən Dövlət Departamentinin Xarici Missiyalar Ofisinin Los Anceles üzrə regional direktoru Denis Şen (Denise Chen), DD adından bütün azərbaycanlıları Müstəqillik Günü münasibətilə təbrik edib. O, Azərbaycanın ABŞ ilə münasibətlərindən bəhs edib və enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi əhəmiyyətini vurğulayıb.
Daha sonra Los Anceles Konsulluq Korpusunun katibi Mame Mbaye 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bəhs edib və forumda iştirakı çərçivəsində xoş təəssüratlarını tədbir iştirakçıları ilə paylaşıb.
Tədbirdə, həmçinin 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında qısa film təqdim edilib və milli geyimlərimiz nümayiş etdirilib, müğənni Zəka Zeynalov tərəfindən xalq mahnıları ifa edilib, “Atəşin Səsi” musiqi qrupu tərəfindən Azərbaycan musiqiləri, Anar Allahverdov və Ləman Musayevanın ifasında Azərbaycan xalq rəqsləri təqdim olunub. Qonaqlar Azərbaycan mətbəxinin ləziz təamları və şirniyyatları, həmçinin müxtəlif nəşrlərlə tanış olublar. Tədbir böyük maraqla qarşılanıb.
Tofiq Agayev
Ulusum.az
ABŞ Bürosu Los Anjeles.






Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 19:30
Yaşlı insanlar üçün ən faydalı şirniyyat
Dünya
Bu gün, 19:00
Eks-baş nazirə lobbiçilik qaydalarını pozmaq ittihamı
İqtisadiyyat
Bu gün, 18:30
Apple-ın səhmləri təqdimatdan sonra ucuzlaşdı
Mətbəx
Bu gün, 17:30
Bananlı zapekanka: axşamdan hazırla, səhər zövq al
İqtisadiyyat
Bu gün, 17:00
Pensiya alanlara ŞAD XƏBƏR!
Dünya
Bu gün, 16:00
Berlində “ölüm həkimi”nin məhkəməsi başladı
Dünya
Bu gün, 15:30
Tramp: Dohaya hücum qərarını mən yox, Netanyahu verib
İdman
Bu gün, 15:18
İlqar Nadiri vəzifəsindən ayrıldı
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi