Əsəd, hakimiyyət dəyişikliyindən əvvəl, Putinlə uğursuz şəkildə əlaqə qurmağa çalışıb

Al Arabiya-nın məlumatına görə, eks Suriya prezidenti Bəşər Əsəd 2024-cü ilin dekabr ayının əvvəlində Rusiya prezidenti Vladimir Putinlə əlaqə qurmağa bir neçə dəfə cəhd edib, lakin bu cəhdlər nəticəsiz qalıb.
Keçmiş mətbuat katibi Kamal Sakrın sözlərinə əsasən, Əsəd dekabrın 4-ü və 5-də Putinlə əlaqə yaratmağa çalışıb, lakin cavab ala bilməyib. Daha sonra o, Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevə müraciət edərək əlaqə qurmaqda kömək etməsini xahiş edib. Lakin Lavrentyev bildirib ki, Putin Belarusda rəsmi səfərdədir və zənglərə cavab verə bilmir.
Həmin dövrdə Əsədin özünü "izolyasiya olunmuş və tənha" hiss etdiyi qeyd edilir. O, dekabrın 5-də televiziya vasitəsilə müraciət etmək planlaşdırıb, lakin müraciəti bir neçə dəfə təxirə salıb və daha sonra tamamilə ləğv edib.
Dekabrın 8-də Dəməşqin üsyançılar tərəfindən ələ keçirilməsindən sonra Rusiya hərbi attaşesi Əsədin ölkədən çıxmasına yardım edib. Keçmiş prezident Latakiyadakı Xmeymim aviabazasından Rusiya ərazisinə təxliyə olunub və orada siyasi sığınacaq alıb.
Kreml təsdiq edib ki, Əsədə sığınacaq verilməsi qərarı şəxsən prezident Putin tərəfindən qəbul edilib.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 19:00
Çində17 yaşlı qız sevgilisini 14 min dollara satdı
Sağlamlıq
Dünən, 18:00
Qazlı su uşaqlar üçün niyə zərərlidir?
Sağlamlıq
Dünən, 16:30
Qlüten: miflər və həqiqətlər
Mətbəx
Dünən, 15:30
Tüstü qoxulu, qozlu-pendirli əsl yay şedevri!
Mətbəx
Dünən, 15:00
“Tatar mahnısı” — dadı dillər əzbəri salat resepti
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib