Nyu-York məhkəməsi Trumpı sənəd saxtalaşdırılması ilə bağlı məsuliyyətdən azad edib

Cümə günü Nyu-York məhkəməsi ABŞ-ın seçilmiş prezidenti Donald Trumpa fırıldaqçılıq işi üzrə hökmünü elan edib. Cəza olaraq ona "şərtsiz azadlıq" verilib: bu, məhkəmənin Trumpı cinayətdə günahkar hesab etdiyini, amma ona cərimə və ya həbs cəzası verməyi yanlış hesab etdiyini bildirir.
Məhkəmənin hakimi Xuan Merçan hökmün açıqlanması zamanı "İkinci prezidentlik dövrünüzə başladığınızda sizə uğurlar arzulayıram," dedi.
O əlavə etdi ki, Trumpa təyin etdiyi cəza "ölkənin ən yüksək vəzifəsinə zərər verməyən yeganə qanuni hökm olacaq."
Gözlənildiyi kimi, bu hökm mümkün olan ən yumşaq cəza oldu.
Trump məhkəməyə video əlaqəsi ilə qatılaraq, vəkili ilə birlikdə çıxış etdi. Proses boyu ilk dəfə olaraq danışdı. Əvvəlki iclaslarda Trump öz müdafiəsində şahidlik etməyi rədd etmişdi.
Cümə günü çıxış edərkən, o, hər bir ittiham maddəsi və məhkəmədə səslənən hər bir fakt üzrə öz baxışlarını təqdim edib.
Ümumilikdə, Trampın sözlərinə görə, bütün proses onun üçün dəhşətli bir təcrübə olub.
O, əmindir ki, bütün bu hadisələr onun prezidentliyə yenidən seçilməsinin qarşısını almaq məqsədi ilə planlaşdırılıb.
Onun inaqurasiya mərasimi 10 gündən sonra olacaq və o, yenidən Ağ Evin rəhbərliyini əlinə alacaq.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 19:00
Çində17 yaşlı qız sevgilisini 14 min dollara satdı
Sağlamlıq
Bu gün, 18:00
Qazlı su uşaqlar üçün niyə zərərlidir?
Dünya
Bu gün, 17:00
Tramp Ukrayna münaqişəsinin tezliklə bitməsini istəyir
Sağlamlıq
Bu gün, 16:30
Qlüten: miflər və həqiqətlər
Mətbəx
Bu gün, 15:30
Tüstü qoxulu, qozlu-pendirli əsl yay şedevri!
Mətbəx
Bu gün, 15:00
“Tatar mahnısı” — dadı dillər əzbəri salat resepti
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib