ABŞ kəşfiyyatı: İran nüvə silahı üzərində işləməyib — Trampın iddiaları təkzib olundu

"ABŞ Milli Kəşfiyyatı İranın nüvə silahı yaratması ilə bağlı heç bir sübut tapmayıb".
Bu barədə Senatın kəşfiyyat komitəsinin sədr müavini Mark Uorner MSNBC telekanalına açıqlamasında bildirib.
Senator xatırladıb ki, mart ayında ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard İranın bomba yaratmaq üçün heç bir addım atmadığını bəyan etmişdi. Uorner əlavə edib ki, kəşfiyyat məlumatları o vaxtdan bəri dəyişməyib və ABŞ Prezidenti Donald Trampı bütün kəşfiyyat məlumatlarını "yox saymaqda" ittiham edib.
“Xarici siyasət tvitlərlə aparmaq – ağlasığmazdır. Amma məhz belə edir bu adam”, – deyə Uorner Trampı nəzərdə tutaraq bildirib.
O həmçinin hazırda ABŞ administrasiyasının bu mövzuda apardığı siyasət barədə “ən kiçik təsəvvürü olmadığını” qeyd edib.
İyun ayının 18-də Donald Tramp jurnalistlərlə söhbətində bildirib ki, İran nüvə silahına bir neçə həftəlik məsafədədir.
Bundan əvvəl The Wall Street Journal nəşri xəbər yayıb ki, ABŞ Prezidenti gizli şəkildə İranın hücumu planını təsdiqləyib. Bu, 17 iyun axşamı baş verib, Tramp köməkçiləri ilə danışarkən. ABŞ lideri qeyd edib ki, hələlik yekun əmri vermir, İranın nüvə proqramından imtina edib-etməyəcəyini izləyir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:30
Yeni sanksiyalar dalğası: kimlər hədəfdədir?
Sağlamlıq
Dünən, 19:00
Ana südünə ən yaxın süd hansıdır? - FOTO
Dünya
Dünən, 18:30
ABŞ–Tayvan görüşü niyə gizli saxlanıldı?
Cəmiyyət
Dünən, 15:30
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO