Putin İsrail və İran arasında vasitəçiliyə hazırdırmı?

Rusiya Prezidenti Vladimir Putin, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində keçirilən tədbirdə – Sankt-Peterburq Konservatoriyasında dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərinin suallarını cavablandırıb. Görüşdə Anadolu Agentliyinin İdarə Heyətinin sədri və baş direktoru Serdar Karagöz də iştirak edib.
Putin bildirib ki, İranda siyasi çətinliklərə baxmayaraq, xalq birliyini qoruyub saxlayır:
“Bu, demək olar ki, bütün ölkələrdə müşahidə olunan vəziyyətdir və İran da istisna deyil,” – deyə qeyd edib.
Rusiya lideri həmçinin vurğulayıb ki, İranda yerləşən "yeraltı zavodlar" hələ də fəaliyyət göstərir.
“Bu kontekstdə hamımızın qarşıdurmaları dayandırmaq və razılaşma yollarını tapmaq üçün çıxış yolları axtarması lazımdır. Ən doğru yanaşma – düşmənçiliklərə son qoymaq və həm İranın, həm də İsrailin maraqlarını təmin edəcək birgə yol tapmaqdır,” – deyə bildirib.
Putin əlavə edib ki, Rusiya ilə İran arasında yüksək səviyyədə qarşılıqlı etimad mövcuddur:
“İranın dinc nüvə enerjisi sahəsindəki maraqları təmin edilə bilər. İsrailin təhlükəsizlik narahatlıqları da aradan qaldırıla bilər. Variantlar var,” – deyə vurğulayıb.
O bildirib ki, bu detallar İsrail və ABŞ ilə də müzakirə olunub:
“İranlı dostlarımıza da müəyyən siqnallar verdik. Ümumiyyətlə, həm İranın dinc nüvə enerji sahəsindəki maraqlarını qorumaq, həm də İsrailin təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmaq mümkündür,” – deyə söyləyib.
Putin qeyd edib ki, bu təkliflərin çərçivəsi tərəflərə çatdırılıb:
“Biz heç kimə heç nə diktə etmirik. Sadəcə vəziyyətdən çıxış yollarını necə gördüyümüzü izah edirik.”
O vurğulayıb ki, son qərar İsrail və İran siyasi rəhbərliyinin əlindədir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:30
Yeni sanksiyalar dalğası: kimlər hədəfdədir?
Sağlamlıq
Dünən, 19:00
Ana südünə ən yaxın süd hansıdır? - FOTO
Dünya
Dünən, 18:30
ABŞ–Tayvan görüşü niyə gizli saxlanıldı?
Cəmiyyət
Dünən, 15:30
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO