78 yaşlı Prezidentin sağlamlıq hesabatı

ABŞ Prezidenti Donald Trampın sağlamlığı mükəmməl olduğu bildirilib.
“Ulusum”.az xəbər verir ki, ABŞ liderinin şəxsi həkimi Şon Barbabella verdiyi açıqlamada, 78 yaşlı Trampın cümə günü planlı tibbi müayinədən keçdiyini açıqlayıb. Müayinənin nəticələri ilə bağlı məlumatı isə Ağ Evin mətbuat katibi Keriolayn Levitt yayıb.
Məlumata görə, Tramp, ABŞ tarixində prezidentlik andını içən ən yaşlı şəxsdir. Lakin ondan əvvəlki prezident, Co Bayden daha yaşlı olub – Baydenin prezidentlikdən getmə zamanı 82 yaşı vardı. Baydenin andiçmə zamanı 78 yaşı vardı, amma o vaxtda Trampdan bir az daha gənc idi.
Barbabella, Trampın "gözəl kognitiv və fiziki sağlamlıq" vəziyyətinə sahib olduğunu və ölkənin başçısı və Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq bütün vəzifələrini yerinə yetirməyə tam uyğun olduğunu bildirib.
Müayinə zamanı Tramp bir neçə qan analizi verib, ürək-damar müayinəsindən keçib və ultrasəs müayinəsi olub. Həkim həmçinin Trampın fəal həyat tərzinin onun sağlamlığına müsbət təsir etdiyini qeyd edib, prezidentin tez-tez görüşlərdə iştirak etdiyini, çıxışlar etdiyini və "golf turnirlərində tez-tez qalib gəldiyini" vurğulayıb.
Trampın çəkisi 101 kq, boyu isə 190 sm-dir. Ürək döyüntüsü sakit vəziyyətdə 62 dəfə dəqiqəyə, təzyiqi isə 128/74-dir. Tramp Montreal Koqnitiv Testində 30 baldan 30-u əldə edib.
Bütün bədən sistemləri, o cümlədən gözlər, baş, qulaqlar, burun və boğaz müayinəsindən keçib və normada olub. Lakin həkim qeyd edib ki, Trampın sağ qulağında odlu silah yarasının qəlpəsi var.
Həkim əlavə edib ki, Trampın ürək, ağciyər, nevroloji və ümumi fiziki funksiyaları möhkəmdir.
Barbabella bildirib ki, Tramp keçən yay kolonoskopiya etdirib və bu müayinə nəticəsində onun bağırsaqlarında divertikülit olduğu məlum olub – bu, bağırsaqlarda kiçik kisəciklərin yaranması ilə müşayiət olunan bir iltihabdır. Adətən simptom vermir, amma bəzən narahatlıq və qanaxma yarada bilər.
Eyni zamanda, Trampın keçmişdə katarakta əməliyyatı keçirdiyi də qeyd edilib, amma əməliyyatın nə zaman baş verdiyi dəqiqləşdirilməyib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 18:00
Axşam yeməyi üçün nə bişirək?
Sağlamlıq
Bu gün, 15:00
Artıq çəki yalnız yeməkdənmi yaranır?
Dünya
Bu gün, 14:00
Aİ–Google müharibəsi böyüyürmü? Tramp qarışdı
Maraqlı
Bu gün, 13:00
Giorgio Armaninin mirası kimə qalacaq?
Dünya
Bu gün, 12:00
Rəqabəti pozduğuna görə Google yenə cərimələndi
Maraqlı
Bu gün, 11:00
Sevgi necə uzunömürlü olur? Cavab sadədir…
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
ABŞ Rusiyanı Ukrayna ilə sülh danışıqlarına çağırdı