Qanunsuz kəsimə qarşı tədbirlər davam edir İqtisadiyyat / Hadisə
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 7-11 aprel tarixlərində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Cəlilabad, İmişli, Tovuz rayonlarında fəaliyyət göstərən 15 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar...
14-04-2025, 20:57
"Bitki sağlamlığı" qanun layihəsi müzakirədə Gündəm / Sağlamlıq
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan yeni "Bitki sağlamlığı haqqında" qanun layihəsi üzrə ictimai müzakirələr davam edir. Aprelin 15-də Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası ilə, aprelin 16-da isə Meyvə-Tərəvəz İstehsalçıları və...
14-04-2025, 20:54
Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ Cəmiyyət
Milli Hidrometeorologiya Xidməti aprelin 9-12-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Naxçıvan MR, Quba, Siyəzən, Şirvan, Astara, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Şabran, Xaçmaz, Biləsuvar,...
14-04-2025, 19:30
Yaşlılara qayğı böhranda: Almaniyada qocalar evləri bir-bir bağlanır Dünya
Artan yaşlı əhali və onların qulluq ehtiyacına baxmayaraq, Almaniyada qocalar evləri getdikcə daha çox iflas edir. Qara-qırmızı koalisiyanın (Xristian Demokratlar və Sosial Demokratlar) planlaşdırdığı tədbirlər isə vəziyyəti yalnız daha da pisləşdirə bilər. Özünü “ürəklə qulluq” göstərən şirkət kimi təqdim edən və saytında şarlarla...
14-04-2025, 19:00
Trampın nümayəndəsi: Bu, döyüş deyil, vəhşilikdir! Dünya
ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya ordusunun Sumiyə ballistik raket zərbəsini sərt tənqid edib. “Ulusum”.az xəbər verir ki, o, X sosial şəbəkəsində paylaşdığı bəyanatda bugünkü hücumu “hər bir ədəb və vicdan xəttinin aşılması” kimi qiymətləndirib. “Palm Bazar günü Rusiya...
14-04-2025, 18:30
BSU-da Veyplərin Zərərləri barədə Maarifləndirici Tədbir Keçirilib ---
Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səhiyyə Nazirliyi tərəfindən birgə maarifləndirici tədbir keçirilib. Tədbirdə tələbələrə elektron siqaretlərin (veyplərin) sağlamlığa təsirləri, tərkibindəki zərərli maddələr və asılılıq yaratma potensialı barədə ətraflı məlumat verilib....
14-04-2025, 18:30
Qurbanov güləş üzrə Avropa çempionatının qalibi olub İdman
Bratislavada keçirilən güləş üzrə Avropa çempionatının finalında həmyerlimiz Qurban Qurbanov (82 kq) Macarıstan təmsilçisi Erik Silvassi ilə qarşılaşıb. Qurbanov rəqibini 6:0 hesabı ilə darmadağın edərək, ona şans buraxmayıb. Nəticədə Azərbaycan komandası turnirdə 6 (3-1-2) medal qazanaraq komanda hesabında qalib olub....
14-04-2025, 18:00
Fransa büdcəsi "Pəhrizə" düşür: Hökumət 40 milyard avro qənaət edəcək İqtisadiyyat
Fransa hökuməti 2026-cı ilə qədər büdcə kəsirini 4,6%-ə endirməyi planlaşdırır, amma bunun üçün ciddi şəkildə "kəməri sıxmaq" lazım olacaq. Fransanın iqtisadiyyat və maliyyə naziri Erik Lombardın sözlərinə görə, bu məqsədə çatmaq üçün təxminən 40 milyard avro qənaət edilməlidir. Lombard BFMTV-yə verdiyi müsahibədə ölkənin...
14-04-2025, 17:30
Qubada süd məhsulları müəssisəsində ciddi nöqsanlar aşkarlanıb Gündəm / İqtisadiyyat
"Ulusum". az xəbər verir ki, Quba şəhərində fəaliyyət göstərən süd məhsulları istehsalı müəssisəsində AQTA tərəfindən yoxlama aparılıb. Müayinələr zamanı məhsullarda mikrobioloji uyğunsuzluq və etiket çatışmazlıqları müəyyən edilib. Texnoloji ardıcıllıq pozulub, təmizlik və sənədləşmə qaydalarına əməl olunmayıb. İşçilərin tibbi...
14-04-2025, 17:01
Böyük Britaniya AB-dən ət idxalını qadağan edir Dünya / Sağlamlıq
Böyük Britaniya dabaq xəstəliyinin qarşısını almaq üçün Avropa İttifaqından ət və süd məhsullarının idxalına qadağa qoyub. “Ulusum”.az xəbər verir ki, bunu ölkənin Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Departamenti bildirib. Məhdudiyyətlər hətta oxşar içlikləri olan sendviçlərə də aiddir. Virusun nüfuz etmə riski orta səviyyədə...
14-04-2025, 17:00