Qurudulmuş dondurma və meyvələr ölkədə trendə çevrilib, bəs faydalıdırmı? - Ekspertdən AÇIQLAMA
Son vaxtlar sosial şəbəkələrdə və satış platformalarında sürətlə yayılan qurudulmuş dondurma və dondurularaq qurudulmuş meyvələr böyük maraq doğurur. Rəngarəng və cəlbedici görüntüsü ilə xüsusilə uşaqlar və gənclər arasında populyarlıq qazanan bu məhsullar valideynlərin də diqqət mərkəzinə düşüb.
Lakin “təbii və zərərsiz” kimi təqdim olunan bu qidalarla bağlı əsas sual açıq qalır: onlar həqiqətən ziyansızdırmı?
Ulusum.az Redaktor.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı qida eksperti Asim Vəliyev bildirib ki, “qurudulmuş dondurma” adlandırılan məhsullar əksər hallarda donduraraq qurudulmuş (freeze-dried) texnologiya ilə hazırlanır.
"Belə deyək, məhsul əvvəl dondurulur, sonra vakuumda içindəki su buxarlanaraq çıxarılır. Nəticədə xırtıldayan, yüngül, uzunömürlü bir şey alınır. Nəzərə almalıyıq ki, su çıxır, amma şəkər, yağ və kalori çıxmır. Sadəcə daha yüngül hiss olunur. Tövsiyə edərdim ki, ziyansız sözünə bir az ehtiyatla yanaşaq.
Qida təhlükəsizliyi baxımından bu məhsullar adətən problemsizdir. Su az olanda mikroorqanizmlər çoxala bilmir. Amma sağlamlıq baxımından məsələ daha çox tərkiblə bağlıdır.
"Freeze-dried" dondurma yenə də dondurma sayılır. Şəkər və yağ qalır. Porsiya kiçik göründüyünə görə fərqinə varmadan çox yeyə bilərik. Su çıxanda məhsul yüngülləşdiyi üçün enerji sıxlığı yüksəlir. Yəni 20-30 qram xırtıldayan dondurma bəzən gözləniləndən yüklü ola bilir. Yapışqan-şirin tekstura diş səthində daha uzun qala bilir.
Bu da uşaqlarda kariyes riskini artırır. Zəhərli olmasa da, amma tam zərərsiz sayılmır".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq