Bu gün, 09:00 0 Cəmiyyət / Gündəm

Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO

Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib   VİDEO
22 yanvar tarixində “Zərif Kölgələr” Yaradıcılıq Klubu, VHP Qadınlar Şurası və “Güftə” ədəbiyyat jurnalının təşkilatçılığı, Yunus Əmrə İnstitutunun dəstəyi ilə “Söz Körpüsü” adlı möhtəşəm ədəbi görüş keçirilib.

https://www.instagram.com

Ulusum.az
xəbər verir ki, tədbirin ərsəyə gəlməsində Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının və partiya üzvlərinin böyük əməyi olub. Tədbir Qadınlar Şurasının təşəbbüsü ilə baş tutub.

Görüşdə ədəbiyyat və mədəniyyət camiəsinin tanınmış simaları iştirak ediblər.

Onlar arasında

filologiya elmləri doktoru Mahirə Nağıqızı

“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs

yazıçı-psixoloq Rövşən Abdullaoğlu

şair-publisist Kəmalə Abıyeva

şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu

yazıçı Azər Qismət

Əməkdar jurnalist Zemfira Məhərrəmli

qiraətçilər Anar Atakişi və Müşfiqə Baləddinqızı

Türkiyədən “Güftə” jurnalının baş redaktoru Vəli Ay

yazıçılar Ayşə Ay, Ali Saçıkara, Nesime Dursun, eləcə də digər qələm sahibləri yer alıblar.

Anadolu bölgəsindən gələn ədəbiyyatsevərlər tədbirə xüsusi ruh qatıb.

Ədəbiyyatsevərlərin böyük marağına səbəb olan ədəbi görüşün əsas məqamlarından biri Azərbaycan ədəbiyyatında yeni nəfəs kimi dəyərləndirilən “Xəzərdən Ağdənizə” adlı antologiyanın təqdimatı olub.

Kitabın müəlliflərindən “Zərif Kölgələr” saytının rəhbəri Aysel Nəsirqızı və Türkiyədən olan yazıçı Ayşə Ay bu nəşrin iki qardaş xalq arasında söz körpüsü rolunu oynadığını xüsusi vurğulayıblar.

Tədbirin gedişində bir neçə panel müzakirə təşkil olunub, həmçinin müxtəlif ədəbi nəşrlərin təqdimatı keçirilib. Panel müzakirələrində xüsusilə hekayə janrı və uşaq ədəbiyyatının inkişafı mövzuları geniş şəkildə müzakirə olunub.

Tədbirdə çıxış edən Sabir Rüstəmxanlı bildirib:
“Sözün çox böyük təsir gücü var, ədəbiyyatı zəiflətmək, kiçiltmək olmaz.”
Onun fikrincə, ədəbiyyat yalnız sənət deyil, həm də millətlərin ruhunu yaşadan mənəvi dayaqlardan biridir.

Açılış mərasiminin ədəbiyyatsevər iştirakçıları, Yunus Əmrə İnstitutunun rəhbəri Gökhan Seyhan və digər qonaqlar çıxış edərək, türk xalqlarının ədəbiyyat vasitəsilə daha sıx ünsiyyət qurmasının vacibliyini qeyd ediblər.

Görüşdə ortaq ünsiyyət dili, ortaq əlifba və türk ədəbiyyatının dünya platformalarına çıxarılması ilə bağlı təkliflər səsləndirilib.

Tədbir çərçivəsində qısa hekayə nominasiyası üzrə üç müəllif mükafatlandırılıb, proqram isə panel sessiyaları ilə davam etdirilib.

Sonda tədbirin təşkilatçıları – şair Aysel Nəsirzadə və şair, VHP Qadın Qolunun rəhbəri Aysel Xanlarqızı Səfərli qonaqlara təşəkkür edərək bu cür ədəbi görüşlərin davamlı olacağını bildiriblər.

Olduqca maraqlı ədəbi görüş, həmçinin hekayə janrı və uşaq ədəbiyyatı ilə bağlı panel müzakirələri iştirakçıların yaddaşında uzun müddət qalacaq.



Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib   VİDEO













Ulusum.az
Könül Hətəmova


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.