Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Fevralın 4-ü Heydər Əliyev Mərkəzində təsirli ictimai sənət nümunələri yaradan məşhur sənətkarlar – britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatnerin (Gillie and Marc Schattner) sərgisi açılacaq.
Vəhşi təbiətin fədakar müdafiəçiləri kimi tanınan Cili və Mark incəsənəti təbiətin mühafizəsində mühüm bir platformaya çeviriblər.
Bakıdakı “Vəhşi təbiətin super qəhrəmanları” (The Superheroes of Wildlife) sərgisi də vəhşi təbiətin üzləşdiyi çətinlikləri bir daha gündəmə gətirərək cəsarət və ümid dolu baxış təqdim edəcək.
Sərgidə nümayiş olunacaq rəngkarlıq əsərləri, kiçik və iri ölçülü heykəllər bizi təbiətin mühafizəsində ortaq məsuliyyətimiz haqqında düşünməyə çağırır. Bununla da incəsənət vasitəsilə dünyaya önəmli bir çağırış ötürüləcək: vəhşi təbiəti sevgi ilə əhatə etmək, onun qorunub-saxlanılması üçün mübarizə aparmaq.
Cili və Mark Şatner cütlüyü təsadüfi görüş nəticəsində 1990-cı ildə Honq Konqda bir filmin çəkiliş meydançasında tanış olublar. O dövrdə model olan Cilli və kreativ direktor kimi çalışan Mark yeddi gün sonra ailə həyatı qurublar.
Ulusum.az
R.Daşdəmirova

“The New York Times” qəzeti onları “Nyu-York tarixində ən uğurlu və ən çox əsər yaradan ictimai sənət müəllifləri” adlandırır. Onların monumental heykəlləri Nyu-York, London, Sinqapur, Sidney, Şanxay da daxil olmaqla dünyanın 250-dən çox şəhərində nümayiş etdirilib.
Ulusum.az
R.Daşdəmirova
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
Məhdudiyyətlər gücə çevrilir
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA