Gündə 20 dəqiqə ilə xərçəng riskini necə azaltmaq olar?
Amerikalı mütəxəssislər sadə bir gündəlik vərdişlə müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin yaranma riskinin azalması arasında əlaqə aşkar ediblər.
Ulusum.az xarici mediaya istinadən xəbər verir ki, Amerika onkoloji cəmiyyətinin alim və tibb ekspertləri pasiyentlərin tibbi kartlarının məlumatlarını genişmiqyaslı şəkildə araşdırarkən, onkoloji xəstəliklərin azalması ilə gündə 20 dəqiqə piyada gəzmək arasında korrelyasiya müəyyən ediblər.
Mütəxəssislər belə qənaətə gəliblər ki, bu qədər sadə bir vərdiş təhlükəli xəstəliklərin, o cümlədən xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Alimlərin araşdırmasına 10 il ərzində müşahidə edilən 755 549 nəfərin məlumatları daxil edilib. Məlum olub ki, gündəlik piyada gəzinti hər iki cins üzrə qaraciyər xərçəngi riskini 18% azalda bilər.
Qadınlarda isə həftədə 2,5 saat orta səviyyəli fiziki aktivlik süd vəzi xərçəngi riskini 6%, həftədə 5 saat aktivlik isə 10% azaldır.
Böyrək xərçəngi ehtimalı gündəlik gəzintilər zamanı təxminən 11% azalır, həftədə 5 saatlıq aktivlik olduqda isə 18%-dən çox azalır.
Həmçinin orta səviyyəli fiziki yüklənmə kişilərdə bağırsaq xərçəngi riskini 14%, qadınlarda uşaqlıq xərçəngi riskini isə 18% azaldır.
Xərçəng riskini daha da azaltmaq üçün ekspertlər sağlam həyat tərzi sürməyi və zərərli vərdişlərdən imtina etməyi tövsiyə edirlər. Daha çox meyvə, tərəvəz və lifli qidalar yemək, şirniyyat və un məmulatlarının, həmçinin yağlı və emal olunmuş məhsulların istehlakını azaltmaq məsləhət görülür.
Çəkiyə nəzarət etmək, təzyiqi izləmək, stress səviyyəsini azaltmaq və kifayət qədər dincəlmək də vacibdir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq