Marafonda körpə ilə qaçan çinli kişi barədə cinayət işi açıldı
Yeni doğulmuş körpəni qucağında marafona qatılan çinli kişi uşaq istismarı ittihamı ilə polis tərəfindən istintaqa cəlb edilib.
Ulusum.az xəbər verir ki, South China Morning Post nəşrinin məlumatına görə, Honkonq polisi marafonda körpə ilə qaçan kişi barədə uşaq istismarı iddiası ilə araşdırma aparır.
Hadisə 18 yanvar 2026-cı il tarixində keçirilən “Standard Chartered Hong Kong Marathon” zamanı baş verib. Cənab A körpə daşıyıcısı ilə yarışa qatılıb və marafonu bu vəziyyətdə qaçmağa cəhd edib.
Digər iştirakçılar tərəfindən çəkilmiş videolarda körpənin kişinin sinəsinə bağlandığı, yarış nömrəsinin isə körpənin omba nahiyəsinə yapışdırıldığı görünür. Bu görüntülər sosial şəbəkələrdə ciddi tənqidlərə səbəb olub.
Qaydaları pozduğu üçün kişi 15-ci kilometrdə diskvalifikasiya olunub. Yarış qaydalarına görə, körpə və 16 yaşdan kiçik uşaqlarla marafon trasına çıxmaq qadağandır.
Hazırda hadisə ilə bağlı istintaq davam edir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq