Fransa büdcəsi "Pəhrizə" düşür: Hökumət 40 milyard avro qənaət edəcək
Fransa hökuməti 2026-cı ilə qədər büdcə kəsirini 4,6%-ə endirməyi planlaşdırır, amma bunun üçün ciddi şəkildə "kəməri sıxmaq" lazım olacaq. Fransanın iqtisadiyyat və maliyyə naziri Erik Lombardın sözlərinə görə, bu məqsədə çatmaq üçün təxminən 40 milyard avro qənaət edilməlidir.
Lombard BFMTV-yə verdiyi müsahibədə ölkənin dövlət borcunun artıq 3 trilyon avronu keçdiyini və hər il kreditorlara getdikcə daha çox pul ödəməli olduqlarını vurğulayıb. “Keçən il 50 milyard avro, bu il isə artıq 70 milyard avro – bu rəqəmlər müdafiə büdcəsindən belə böyükdür. Artıq bu, fövqəladə vəziyyətdir,” – deyə nazir açıq etiraf edib.
2025-ci ildə büdcə kəsiri 5,4% səviyyəsində qalacaq, lakin növbəti il bu göstərici azaldılmalıdır. Və bu azalma yalnız bir yolla mümkündür: dövlət xərclərinə “diyet” yazmaqla. Qənaət planı əsasən israfın azaldılması və mövcud resurslardan daha səmərəli istifadə ilə həyata keçiriləcək.
Lombard həmçinin 250 min avrodan çox gəlir əldə edənlərə tətbiq olunan “yüksək gəlir vergisi”nin daimi olmasını təklif edib. Amma eyni zamanda vəd edib ki, yeni vergilər gündəmdə deyil – hələlik…

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib FOTO , VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq
Ziya Bünyadov prospektində yerləşən obyektdə yanğın baş verib – FHN VİDEO, FOTO