Arzu Əliyeva şəhid anaları ilə birgə iftar məclisində

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.
“Ulusum”.az xəbər verir ki, Arzu Əliyeva iftar məclisində iştirak edib. Ölkəmizin müxtəlif rayonlarından şəhid valideynlərinin, müharibə iştirakçılarının, ictimaiyyət nümayəndələrinin dəvət olunduğu iftar mərasimində "Qurani-Kərim"dən ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən oğullarının ruhuna dualar edilib.
İftar məclisində çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən oğullarının xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı naminə qəhrəmanlıqlarından danışıblar. Çıxışlar zamanı, həmçinin dövlətin şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan məmnunluq ifadə olunub, bugünkü məclisin də bunun bariz nümunələrindən biri olduğu vurğulanıb.
"Fire Land Group"un "Mənim oğlum qəhrəmandır" layihəsinin Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən budəfəki tədbiri 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etdiyindən şəhid analarına hədiyyələr təqdim olunub. Daha sonra tanınmış incəsənət xadimləri də öz ifaları ilə şəhid analarını təbrik ediblər.
Qeyd edək ki, "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələri artıq 5 ildir həyata keçirilir. Bu layihələr çərçivəsində Azərbaycanın müxtəlif yerlərində şəhid ailələri ilə birgə tədbirlər təşkil olunur.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO